“Yoluxmanın azaldılması üçün qaydalara əməl etməyimiz vacibdir” ÖZƏL-ŞƏRH

“Pandemiya artıq iqtisadi xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, pandemiya qlobal və eləcə də milli iqtisadiyyatlara mənfi təsir göstərir və biz inkişaf etmiş ölkələrdə ikirəqəmli səviyyədə azalmalar müşahidə edirik. Rusiyada 8,5 faiz azalma olub. Böyük Britaniyada ikinci rübdə 20 faizdən artıq azalma qeydə alınıb ki, bu da həmin ölkənin tarixində son onilliklərdə rekord azalmadır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramlı deyib.

Millət vəkilinin sözlərinə görə, təbii ki, pandemiyanın iqtisadiyyata mənfi təsirləri var və bu baxımdan bizim hər birimizin pandemiyanın təsirlərinin minimumlaşdırılması, eləcə də yoluxma sayının azaldılması ilə bağlı olan qaydalara əməl etməyimiz çox vacibdir.

“Koronavirusla mübarizə, pandemiyanın lokallaşdırılması hər bir vətəndaşdan asılıdır. Hər birimiz vətəndaş olaraq, sosial məsafə, tibbi maskalardan istifadə etmək, gigiyenik qaydaların gözlənilməsi kimi qaydalara əməl etməklə, yoluxma sayını azaltmış olarıq. Yoluxma sayının azaldılması həm də iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsindən asılıdır. Bu nəticə etibarı ilə Azərbaycanda iqtisadiyyatın mərhələli şəkildə tam olaraq yenidən açılmasını yarada bilər. Bu da təbii ki, birmənalı şəkildə məhz iqtisadi inkişafın daha qısa zamanda əldə edilməsi üçün baza yarada bilər. O baxımdan bizim hər birimizin pandemiyaya qarşı mübarizədə qaydaları gösləməyimiz həm də iqtisadi inkişafın daha tez əldə edilməsi baxımından vacibdur. Çünki, pandemiya mənfi təsir edir. Pandemiya davam edərsə bu bütün dünya iqtisadiyyatına, o cümlədən milli iqtisadiyyatlara, təbii ki, bizim iqtisadiyyata da mənfi təsir göstərməlidir. Bu mənfi təsirlərin minimumlaşdırılması hər birimizdən asılıdır və bu baxımdan təbii ki, hər birimizin qaydalara əməl etməyimiz vacibdir və əgər biz qaydalara əməl edərikdə, yoluxna sayının azalmasına və bütövlükdə pademiyanın lokallaşmasına nail ola biləriksə, o zaman iqtisadiyyatın tam açılımı, real sektorda aktivliyin daha qısa zamanda bərpa edilməsi və iqtisadi inkişafın yenidən bərpa edilməsi mümkündür”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə