“Milli Şura”nın qeybət şousu: şüursuzlar, cütdırnaqlı sevgisi və təlxək obrazı SARKAZM

AXCP və “Milli Şura”nın “zoom” toplantısı fonundakı qeybətxana serialları necə deyərlər, “tam sürətlə” davam edir və davam etdikcə də, oradakı başıpozuqlar yığnağının nə qədər “şüura” malik olduqları daha çox ortaya çıxmağa başlayır. Söz yox ki, yenə də xalqı ələ salmaq, təhqir etmək kimi məsələlərlə yanaşı, “məzlum və əzabkeş” Əli Kərimlinin “blokada” tamaşasının yeni pərdəsi, Gültəkin Hacıbəylinin tənha qadın obrazındakı şəhvət çağırışlı çığlıqları, Rahim Hacıyevin təlxək obrazının qabardılması və Vidadi Mirkamal tərəfindən kəlləsini hədəfə alması, eləcə də cəbhəçi trolların bəh-bəhlə tərif atına mindirilmə səhnələri üzə çıxıb.

Cəmil Həsənliyə sərf edən yalnız və yalnız Azərbaycan xalqına növbəti təhqirləri ünvanlamaq idi ki, bunu da etdi

Təkcə V.Mirkamalın C.Həsənliyə ABŞ-dakı karantinə riayət məsələsində verdiyi sualına ikincinin cavabı bütövlükdə Azərbaycan xalqına təhqir hədəfinə çevrilib. O öz sərsəm cavabında deyib ki, demə amerikalılar azərbaycanlılardan şüurludurlar (?!-R.N.) Ancaq maraqlıdır ki, C.Həsənli irqçilik kimi məsələlərdə Amerikada bu gün də davam edən irqçilik xaosu haqqında bir kəlmə də olsa danışmadı, üstəlik, qarşıdurmalar zamanı insanların kütləvi şəkildə karantin qaydalarını pozduqları haqda fikir bildirmədi. Çünki bu, ona sərf etmirdi, ona sərf edən yalnız və yalnız Azərbaycan xalqına növbəti təhqirləri ünvanlamaq idi ki, bunu da etdi!

Vahid Məhərrəmli Əli Kərimlini ifşa etdi

Vahid Məhərrəmliyə gəlincə isə, guya Ə.Kərimlinin “blokadada” olması yalanı elə onun özü tərəfindəncə ifşa edildi. Baxın, o qeybət şousu zamanı deyib: “Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orda kimin statusuna nə qədər layk gəldi, gəlmədi bu, elə də əhəmiyyətli deyil, əsas odu yazdıq” (?!-R.N.) Sual olunur ki, əgər Ə.Kərimlinin interneti yoxdursa, o sosial şəbəkələrə daxil olmaq imkanına malik deyilsə, əcəba onun işini aparanların fəaliyyətlərini haradan izləyir???

Tənha Gültəkin Hacıbəylini cütdurnaqlılar fəsiləsi maraqlandırır...

Sonda isə gələk serialın “baş qəhrəmanlarından” birinə - Gültəkin Hacəbəyliyə. Nədənsə bu xaınmçanın şəhvət və ehtirası bitib-tükənmək bilmir və hətta o qədər çoxdur ki, onu insanlar deyil, öküzlər, inəklər, bir sözlə, cütdırnaqlılar fəsiləsi maraqlandırmağa başlayıb. Belə gedərsə, G.Hacıbəylinin tənhalıq dərdi daha betər olaylara qədər inkişaf edə bilər. Məsələn, cütdırnaqlılardan sonra keçər təkdırnaqlılara. Yəni bu xanımçadan, əslində hər nə “yenilik” desək, gözləməyə dəyər.

Lakin AXCP -“Milli Şura” cütlüyünün bu kimi qeybətxana şousu xarakterli seriallarından təəccüb etməyə də dəyməz. Hətta deyərdik ki, bu serialın davamı da gəlsin. Çünki davamı olduqca, onlardan fərqli olaraq, ictimai rəyin şüurlu kəsimi bu ünsürlər haqqında daha çox şokedici bilgilərə sahib olur...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə