"Qərarın ləğvi istiqamətində Azərbaycan diplomatiyası iş aparmalıdır" ÖZƏL-MÖVQE

"ABŞ ilə Azərbaycan demək olar ki, normal siyasi əlaqələrə malikdir. İki ölkə arasında münasibətlərdə ciddi problem yoxdur. Ümumiyyətlə, Azərbaycan daima ABŞ-la əlaqələrə mühüm strateji tərəfdən yanaşır və çalışır ki, bu əməkdaşlıq daha da inkişaf etsin". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın erməni konqrensmenlərinin Azərbaycana qarşı qəbul etdirdiyi bədnam 907 düzəlişin ABŞ prezidentləri tərəfindən hər il dayandırılmasına Ağ Evin ölkəmizə dəstəyin ifadəsi kimi baxmaq lazımdır: "Hesab edirəm ki, Konqrensdə bu qərarın ləğvi istiqamətində Azərbaycan doplomatiyası iş aparmalıdır. ABŞ Konqrensində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamənin qəbulu və digər müsbət tendensiyalar gələcəkdə iki ölkə arasında bu problemin aradan qaldırlmasına gətirib çıxara bilər. Hesab edirəm ki, ABŞ regionda Azərbaycanın önəmini yaxşı dəyərləndirir və düşünürəm ABŞ siyasi dairələri 907 düzəlişlə bağlı qərarın ləğvini reallaşdırılmasına gedə bilərlər. Onsuz da ABŞ Azərbaycana hərbi təyinatlı avadanlıqlar satır və maliyyə yardımı edir. Konqresin bu qərarı ləğv edilərsə, tərəflər arasında əməkdaşlığa kölgə salacaq hər hansı bir problem olmamalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə