"Beyrutdakı partlayışda azərbaycanlıların xəsarət alması faktı yoxdur" EKSKLÜZİV - AÇIQLAMA

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış zamanı hər hansı bir azərbaycanlının xəsarət alması ilə bağlı məlumat daxil olmayıb. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Livanın paytaxtı Beyrutda baş vermiş partlayışla əlaqədar orada yaşayan azərbaycanlılarla bağlı məlumat verərkən deyib.

Bu istiqamətdə araşdırma aparıldığını bildirən Leyla Abdullayeva əlavə edib ki, bu məlumat Azərbaycanın Livandakı səfirliyindən əldə edilən məlumatdır: "Hazırda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat mövcud deyil".

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayış nəticəsində 100-ə yaxın insan həlak olub, 4 min insan isə yaralanıb. Partlayışın baş vermə səbəbləri isə araşdırılır. Partlayış nəticəsində ölkəyə 3,5 milyard dollar maddi ziyan dəyib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə