Türkiyə və İran enerji üzrə yol xəritəsi hazırlayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji naziri Taner Yıldız Ankarada iranlı həmkarı Məcid Namcu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, Türkiyə və İranın birgə sərmayə sektorunun inkişafına yardım etmək üçün enerji üzrə yeni yol xəritəsi yaradılacaq: "Tərəflər qənaətbəxş sərmayə iqlimi yaratmaq məqsədilə, xüsusən bərpa olunan enerji mənbələri sahəsində texniki komitənin yaradılmasında razılığıa gəliblər. Türkiyə başa düşür ki, Azərbaycan, İran, İraq, Rusiya və Türkmənistan regionun əsas enerji istehsalçılarıdır və buna görə də biz əminik ki, bu ölkələr bizim enerji ehtiyatlarımızı təmin edə biləcəklər".
Öz növbəsində iranlı nazir də eyni zamanda alternativ enerji mənbələrinin köməyilə elektrik enerjisinin əldə olunması üçün iki ölkə tərəfindən yeni stansiyaların tikilməsi barədə danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB