“Ermənistan hakimiyyəti cinayət təqibini həyata keçirmək üçün hər şəkildə çalışır” Artur Vanesyan

Məni hansısa bir absurd iddia çərçivəsində Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırdılar və mən materialların hazırlanması məqsədi ilə izahat verməyə çağırıldım. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Rodina” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanesyan MTX-dən ayrıldıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində belə deyib.

"Qeyd etmək istərdim ki, çağırılan yerə gəlmək kimi bir mükəlləfiyyətim yox id, ancaq instituta hörmət etdiyim üçün oranı ziyarət etdimsə də, izahat verməkdən imtina etdim", deyə xitmətin keçmiş direktoru bildirib.
Vanesyan qeyd edib ki, əslində bu iş heç bir şeyə aid deyil.

“Siyasi məqsədlər güdən başqa bir uydurma davadır. Son 8 ayda hakimiyyət fəal siyasi fəaliyyətimi dayandırmaq üçün mənə qarşı cinayət təqibini həyata keçirmək üçün hər şəkildə çalışır.

Mənə qarşı irəli sürülən ittihamların heç biri təsdiqlənməyib və hər ikisi də, bu "ittiham" da, fikrimcə, əhval-ruhiyyəni sarsıtmaq məqsədi daşıyır", deyə Vanesyan açıqlayıb.

Xatırladaq ki, Vanesyanın Milli Təhlükəsizlik Xidmətinə çağırışı ilə bağlı məlumat dünən ortaya çıxıb və Artur Vanesyanın vəkili Lusine Saakyan tert.am-a verdiyi müsahibədə məlumatı təsdiqləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə