Rusiya “FƏTH” və “HƏMAS” arasında əldə olunmuş barışığa münasibət bildirib
Rusiyanın Xarici İşlər Nazirliyi mayın 4-də Qahirədə Fələstinin 15 siyasi hərəkatı arasında barışıq haqqında sazişin imzalanmasını alqışlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç deyib. Onun sözlərinə görə, sazişin imzalanmasında Rusiya da öz töhfəsini verib: "Rusiya fələstindaxili razılığın bərpa olunması üçün fələstinlilərlə və digər həmkarlarla əlaqələr yaratmaqla, fəal siyasi-diplomatik addımlar atıb".
Qeyd edək ki, sazişin imzalanması mərasimində "FƏTH" hərəkatının rəhbəri, Fələstin Milli Muxtariyyətinin rəhbəri Mahmud Abbas, "HƏMAS"ın rəhbəri Xalid Maşaal, həmçinin Ərəb Ölkələri Liqasının (ƏÖL) baş katibi Əmr Musafa və üzv-ölkələrinin nümayəndələri, BMT-nin baş katibi Pan Ki Munun xüsusi elçisi, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu iştiak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB