Dövlət Sərhəd Xidməti Akademiyasının zabit və kursantları Heydər Əliyev Fondunda olublar

Dövlət Sərhəd Xidməti Akademiyasının zabit və kursantları Heydər Əliyev Fondunda olublar

Dövlət Sərhəd Xidməti Akademiyasının zabit və kursantları mayın 4-də Heydər Əliyev Fondunda olublar. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Akademiyanın zabit və kursantları fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülüb və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetiriblər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa ediblər.

Daha sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Böyük ömrün anları" filmini izləyiblər.

Akademiyanın zabit və kursant heyəti Fonddan zəngin təəssüratla ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə