"Rusiya Ermənistanın maraqlarına uyğun hərəkət etməyəcək" ÖZƏL - AÇIQLAMA
"Rusiya ilə Türkiyə arasındakı dialoq bizim xeyrimizədir və münaqişənin konstruktiv şəkildə həllinə yardım göstərə bilər. Bütün hallarda Türkiyənin mövqeyi Rusiya tərəfindən eşidilir. Eyni zamanda, Rusiyanın da fikirləri Türkiyə tərəfindən öyrənilir. Burada fikirlər üst-üstə düşməsə də götür-qoy edilir və ikitərəfli münasibətlər sistemi çərçivəsində tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, bu, iki ölkənin maraqlarının regionda toqquşmasına deyil, əksinə, məsələnin son nəticə etibarilə daha konstruktiv yönümdə həllinə imkanlar yaradır: "Ermənistan isə istəyir ki, Rusiya ilə Türkiyənin maraqları regionda toqquşsun və bundan istifadə edilsin. Bu, Ermənistanın ənənələrindən irəli gələn siyasətidir. Ermənistan Rusiyanın arxasında gizlənərək növbəti dəfə Azərbaycana və Türkiyəyə zərbə endirmək istəyir. Lakin, bu, Rusiyanın marağına uyğun deyil indi. Rusiya istəmir ki, ermənilər Rusiyanı alət kimi istifadə etsin. Eyni zamanda, Rusiya da indi Ermənistanı Azərbaycana və Türkiyəyə qarşı alət kimi istifadə etmək istəmir. Çünki, Rusiyanın həm rəsmi Ankara, həm də rəsmi Bakı ilə dialoqu var və bütün problemli məsələlər dialoq əsnasında həll olunur".
Ekspert bildirib ki, Rusiya həm rəsmi Ankara üçün, həm də rəsmi Bakı üçün vacib starteji tərəfdaşdır və ikitərəfli münasibətlər kifayət qədər uğurla inkişaf edir: "Azərbaycanın həm Ruiya, həm də Tükiyə ilə böyük ticarət mübadiləsi var. Türkiyə Rusiyanın öz regionunda bir nömrəli ticarət portnyorudur. Eyni zamanda, Azərbaycan da Rusiya üçün Cənubi Qafqazda bir nömrəli ticarət portnyorudur. İkitərəfli münasibətlər hərbi-texniki müstəvidə də inkişaf edir və bu, da Rusiyanın maraqlarını təmin edir. Rusiya silahlarının ən iri alıcısı Cənubi Qafqazda və ümumiyyətlə, bu regionda Azərbaycandır. Türkiyə Rusiyanın silahlarının öz regionunda ən iri alıcılarındandır və yeri gəlmişkən S-400 ilə bağlı olan razılaşma da əlbəttə ki, Türkiyəni Rusiyanın çox əhəmiyyətli və perspektivli hərbi-texniki tərəfdaşı edir. Belə bir vəziyyətdə Rusiya Ermənistanın maraqlarına uyğun hərəkət etməyəcək. Rusiya da başa düşür ki, Ermənistanın marağı nədən ibarətdir. Rusiyanın öz maraqları var və bu maraqlar Ermənistanda açıq şəkildə özünü göstərir. Rusiya istəyir ki, Ermənistanda bazasını saxlasın, hərbi-siyasi dayaqlarını möhkəmləndirsin. Bu Rusiyanın marağındadır. Lakin, Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirilməsi naminə bunu etməyəcək. Son nəticə etibarilə danışıqlar münaqişənin həllində müsbət bir meyar kimi qəbul edilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB