İraqdakı partlayış 16 nəfərin ölümünə səbəb olub

İraqdakı partlayış 16 nəfərin ölümünə səbəb olub
İraqın paytaxtı Bağdaddan 100 kilometr cənubdakı Hilla şəhərində polis məntəqəsi yaxınlığında güclü partlayış baş verib. SİA-nın məlumatına görə, avtomobil partlayışı nəticəsində 16 nəfər ölüb, 50-dək adam yaralanıb.
Ölən və yaralıların çoxunun polis əməkdaşları olduğu bildirilir. Hücum nəticəsində polis məntəqəsinin binası da dağılıb, ətrafda yerləşən ev və mağazalara ciddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə