Microsoft korporasiyasının rəhbəri Stiv Balmer RIM-lə sıx əməkdaşlığın başlanması barədə elan edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, tərəfdaşlığın ilk mərhələsində Microsoft Bing axtarış-informasiya onlayn servislərinin BlackBerry mobil qurğularında istifadə olunan proqram platforması ilə inteqrasiyası nəzərdə tutulur.
Gələcəkdə sözügedən əməkdaşlığın digər sahələrə də şamil olunacağı planlaşdırılır.
BlackBerry smartfonlarının istifadəçiləri cari ilin aprel ayının ortasında kütləvi test mərhələsinə təqdim olunan Microsoft Office 365 "bulud" servisindən yararlana biləcəklər.
Xatırladaq ki, 2011-ci ilin fevral ayında Microsoft Finlandiyanın Nokia şirkəti ilə də tərəfdaşlıq barədə bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB