Üsamə bin Laden Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsi, həmçinin Qəddafinin müxalifətlə dialoqa razılıq verməsi dünya bazarlarında "Qara qızıl" ın qiymətinə mənfi təsir etməkdə davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,81 dollar və ya 1,6 faiz azalaraq 1 barelə görə 109,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,26 dollar azalaraq 121,19 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB