Bu yolla Sevinc Osmanqızı, Arif Məmmədov və…bağışlanılmayan cəzalarını almalıdırlar!!!
Müşahidələr göstərir ki, satqınlıq, erməniyə nökərçilik, təhqir, söyüş radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Siyasi naqislik və zəiflik bu düşərgə mənsublarının əsl mahiyyətini açıb ortaya qoyur. Hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər radikal müxalifətin əxlaq probleminin olduğunu tam sübuta yetirir. Əslində, bu əxlaqsız mübarizə metodunun özünü "müxalifətçiyəm" deyənlər üçün heç də yad olmadığını göstərən yaxın keşmişdə kifayət qədər sübütlar var. Bunun üçün cəmiyyətə özünü "ana müxalifət" kimi sırımaga çalışan Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Qənimət Zahid, Arif Məmmədovların … vaxtilə yayılmış videoları hələ də unudulmayıb. Bu satqınların təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Adını "siyasi mübarizə" qoyub qarşılarındakı insanları küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə bunu da rəva görürlər.
Araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum antiazərbaycançı şəbəkədən alırlar və fəaliyyətlərini də buna uygün koordinasiya edirlər. Əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbliğat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.
"Ayaqyolu müxalifəti"nə başçılıq edən Əli Kərimli və onun birbaşa nəzarətində olan cəbhə trolları da ən təhqiramiz ifadələrlə insanların heysiyyatına toxunurlar. Onlar üçün müqəddəs dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası var: bizi dəstəkləməyənlər düşmənlərimizdir. Ancaq bir əxlaqsızlıq, mənəviyyatsızlıq baş verdikdə isə bunu sosial şəbəkə vasitəsilə tirajlayırlar.
Vidadi İsgəndərli olayında cəbhə trollarının böyük canfəşanlıq etmələri bu baxımdan diqqətdən yaınmadı. Atasının qəbrinin təhqir olunması yalanı üzərində siyasi divident qazanmağa çalışan belə insanlardan başqa nə gözləmək olar?
Şəbəkə virusların "dəstəkçisi" - Sevinc Osmanqızı nə istəyir?
Əslində bu təəccüb də doğurmur. Çünki vətənini, dövlətini, hətta ailəsini belə satan mənəviyyatsız Sevinc Osmaqızı haqqında işlətmək yerinə düşür. Bu o S.Osmanqızıdır ki, özünü az qala Tomris üstəgəl Burla Xatun obrazlarını cəmləşdirərək “mərhəmətli, savadlı, şəfqətli, amma qətiyyətli, sarsılmaz və iradəli qadın” obrazı yaratmağa çalışır. Məqsədi isə, həmişə Azərbaycanın inkişafı, tərəqqisi, insanlarımızın inkişaf etmiş Qərb dövlətlərindəki kimi yaşaması deyil. Qətiyyən, o tam əksini arzulayır: qiyam, üsyan, vətəndaş müharibəsi, qan gölü. Bax, bugün açıq-aydın onun iç üzü, xisləti göründü. Bu günlərdə "Osmanqızı TV” kanalında etdiyi etdiyi çağırışlarında da aydın şəkildə vətəndaş müharibəsinin olması arzusunda olduğunu aydın şəkildə bildirir. Ancaq bu arzu da arzu olaraq qalacaq və bu virusla birlikdə o dünyalıq olacaqsan, İnşallah!
Çünki Azərbaycan artıq dünya birliyində demokratik prinsiplərin inkişafına önəm verən, müstəqil siyasət yeridən dövlət kimi tanınır. Və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, düşünülmüş xarici siyasət, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən köklü islahatlar dövlətimizə yeni uğurlar qazandırmış, onun mövqeyini daha da möhkəmləndirmişdir.
Satqınçılığın gerçək üzü...
Bu satqınçılığın gerçək üzü bəli, Sevinc Osmanqızıdır! Bu o Sevinc Osmanqızıdır ki, bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirən, əvəzində filan qədər dollar, avro əldə edənlərə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satan Sevinc Osmanqızıdır! Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Çünki mən, o, digər vətənsevər jurnalistlər, qələm adamları heç vaxt (!) öz peşəsinə, dövlətinə, dövlət başçısına xəyanət etməyib, etməyəcək də! Xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır. Lakin Sevinc kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Və ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür.
Sevinc Osmanqızı – Əli Kərimli fərq yoxdur
Əli Kərimli düşüncəsi, diktator xəslətliliyi eyni ilə Sevinc Osmanqızında da var. Mütəmadi olaraq, sosial şəbəkələrdən istifadə edən insanlar, yaxşı bilirlər ki, Sevinc Osmanqızı yalan danışmağı çox yaxşı bacarır. Çünki Osmanqızı həmin 5-10 minlərin yaşadığı Azərbaycanın əleyhinə olan planlarda yer alıb. Sevinc Osmanqızı bu qədər yalanla, Vətəni satmaqla qrant almaq birbaşa ermənilərin vurub partlatdığı vertolyotda şəhid olan atası Osman Mirzəyevin ruhunu təhqir etmiş olur. Və Sevinc Osmanqızı – Əli Kərimli satqınçılıq xarakterləri bir daha onu sübut edir ki, hər ikisi eyni bezin qırağıdır, fərq yoxdur.
Bir də dərk etməyə nə əqli, nə də əxlaqı imkan vermir. İllər böyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quruqbulayanı ola, belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan bir nakəsdən başqa nəyi gözləmək olar?! Pul müqabilində mitinqə qatılan 2800-3000 nəfər qaragüruhçunu, şəkil çəkdirib, ondan arayış alaraq, Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan S.Osmanqızı, Ə.Kərimli kimi nəsli, nəcabətini erməniləşdirən nacinsdən nə gözləmək olar?. Əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını "müxalifətin qələbəsi" kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqınlardan çıxar. Avropadakı sülüngəclər sanırlar ki, mitinqlər etməklə, "hakimiyyət xalqla hesablaşacaq". Doğurdan da bədbəxtsiniz! Çünki Sevinc Osmanqızı "Osmanqızı TV” adı ilə "Youtube” kanalı üzərindən yayımladığı videolar, canlı bağlantılar, apardığı müzakirələr, səsləndirdiyi qərəzli fikirlər də bu qəbildəndir. Ancaq bir məqamı da anlamalısan, Sevinc Osmanqızı- qanun hamıyı şamil edilir – əxlaqlıyı da , əxlaqsıza da, siyasətçiyə də, sadə vətəndaşa da. Və bu gün özünü tərəfsiz, "xalq fədaisi” kimi Azərbaycan cəmiyyətinə sırımaq istəsən də xalq sənin kim olduğunu görür və bilir. Ancaq …
İngilisdilli əyalət tribunası S.Osmanqızı…
Bəlkə, Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da «unudub». Unutmayıb. Çünki onun üçün ermənilərlə bir olmaq hər şeydən üstündür. Bax, budur, satqınlıq və əxlaqsızlıq!. Məhz bu gün Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda erməni jurnalisti deyərdim, Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib, çağırışlar edib.
Soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı sivil mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında bununla da düşmən dəyirmanına su töküb. O, iddia edib ki, guya bu gün sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir", deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desinlər. “Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist ermənilərin üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları “görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görmür? “Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı əlavə edir: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırır. Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidləri də unudub... Unutmayıb, hər şeyi satmağa adət edib - mənliyini, ailəsini, torpağını, vətənini, dövlətini… Soruşmaq istərdik: Neyləmisən? Sən hansı haqla özünü "xalqın fədaisi" hesab edirsən? Elə buna görə də ingilisdilli əyalət tribunası olan S.Osmanqızını nə qədər vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bəli, S.Osmanqızı iblisdir. Əgər vaxtı ilə Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar- deyirsə, bu iblis və onun kimilər – Arif Məmmədovlar, Orduxanlar, Fəxrəddinlər, Vidadilər, Yunuslar, Xədicələr və sırası, mənşəyi bu ünsürlər erməni təəssübkeşləri bunu anlamır. Çünki bu qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura ilə məşğul olan bu iblis xislətlilərin hamısı Avropada oturub gecə-gündüz Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə hökumətin əleyhinə fikirlərlə daha çox qrant almaq davası aparmaqdadır.
Və sonda bu satqınlar bilməlidirlər gec-tez xalqın qarşısında ən ağır cəzəlarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB