"Osmanqızı son bəyanatı ilə azərbaycanlı olmaqdan imtina edib" ÖZƏL-MÜNASİBƏT
"Ağlımıza gəlməzdi ki, hansısa azərbaycanlı qanı daşıyan şəxs son hadisələri şərh edərkən “Ermənidə günah yoxdur”, “Xaricdəki qarşıdurmaları Azərbaycan özü təşkil edir” kimi açıqlamalar verə biləcək səviyyəyə enər. Özü də belə bir bəyanatı vaxtilə ermənilərin törətdiyi terror nəticəsində vəfat edən Osman Mirzəyevin qızı Sevinc Osmanqızı verə...Osmanqızı son bəyanatı ilə təkcə hər hansı bir insana məxsus müsbət keyfiyyətlərdən deyil, həm də azərbaycanlı olmaqdan imtina edib. Onun verdiyi bəyanatla eynilik təşkil edən açıqlama ilə keçmiş səfir Arif Məmmədov, həmçinin özünü hüquq müdafiəçisi kimi qələmə verən Vidadi İsgəndərli də çıxış edib. Bu, ilk növbədə onların bir mərkəzdən idarə olunduqlarını isbat etməkdədir. Həm də harda Azərbaycanın əleyhinə işləyən qüvvələr varsa, onların yanında peyda olan, ölkəmizə qarşı işləmək üçün bütün variantlarda istifadəyə yararlı bir insan olduqlarını sübuta yetirməkdədirlər". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, əslində Osmanıqızı və onun kimilərinin indiyə qədər Azərbaycan əleyhinə etdikləri bütün çıxışlara diqqət yetirmək kifayət edirdi ki, nə mal olduqları görünsün: "Bu çıxışlar həmişə Azərbaycan dövlətini gözdən salmaq üçün səsləndirilən yalanlarla, ermənilərin maraqlarına uyğun yanaşmalarla zəngin olub. Amma açıq şəkildə ermənilərin müdafiəsinə qalxmağa “cürətləri” çatmayıb. İndi “Ermənidə günah yoxdur”- deyib açıq tekstlə ermənilərin müdafiəsinə qalxmaq artıq Osmanqızıda və onun kimilərdə əxlaqi, mənəvi keyfiyyətlərin tam aşınmasını göstərir.
Bu insanlar bir daha nümayiş etdirirlər ki, belələrində insana məxsus heç bir dəyər anlayışı yoxdur, təkcə tanıdıqları dəyər puldur və onlar üçün mənfəət hər şeydən öndə gəlir. Azərbaycana qarşı hər cür çirkin kampaniyada yer alan bu şəxslərin bir amalı var-ölkəmiz əleyhinə daha çox işləmək və daha çox pul əldə etmək! Erməni diasporasının əlində alətə çevrilənlər artıq ən iyrənc yola belə əl atıb ermənilərin müdafiəsinə qalxırlarsa, bu onların hər mənada sonudur.
Azərbaycana yanaşmada həmişə ermənilərlə bir cərgədə yer alanlardan müsbət nəsə gözləmək də yersizdir. Amalı, inamı pul olanlar üçün Vətən anlayışı olmur. Bu şəxslər etdiklərindən xəcalət çəkmək hisslərini də itiriblər və ortaya düşüb özlərini qəhrəman, xilaskar obrazında təqdim etməyə çalışırılar.
Bu cür qüvvələr doğrudan da, təhlükəli qüvvələrdir, çünki özbaşına hərəkət etmirlər, müəyyən bir mərkəzdən, planlaşdırılmış siyasi xətdən çıxış edirlər. Azərbaycanın uğurlarına sevinmək hisslərini çoxdan dəfn etmiş bu insanlar qızışdırıcı metodlarla ölkədə xaos mühitinin yaranması üçün hər yola baş vururlar.
Ölkəmizin həm cəbhədə, həm daxildə qazandığı nailiyyətlər düşmən xislətli adamlarda qıcıq, xainlik yaradır və onları pis əməllərdə şərik olmağa sürükləyir. Qeyd etdiyimiz adamlar bu qəbildəndir, hazırda Azərbaycan, mövcud hakimiyyət əleyhinə hər cür pislik üçün yenidən hərəkətə keçiblər.
Məqsəd odur ki, Azərbaycan tutduğu xətdən imtina etsin. Etmədikdə isə hər cür qarayaxma kampaniyasını, böhtanı, ittihamı dövriyyəyə buraxırlar.
Bununla yanaşı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasını, hər il ölkəmizin dünyada imicini gücləndirən, gücünə güc qatan beynəlxalq səviyyəli addımların atılmasını qəbul edə bilmirlər.
Əslində Azərbaycanın uğurlarına sevinən, onun mənafeyini güdən, qanında bu millətin qanını daşıyan hər bir fərd görülən işlərin miqyasını dərk edər, nəinki xain ssenarilərə dəstək verər; xaricdə oturub, ölkəsi əleyhinə çirkin kampaniya aparar. Təəssüf ki, vəziyyət məhz belədir! Azərbaycana xain gözlə baxanlar sırasında qanı özümüzdən olanlar da yer alıb.
Belə anti-Azərbaycan qüvvələri çalışır ki, Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın, bundan istifadə edən maraqlı çevrələr Azərbaycan üzərindən özlərinə gərəkli olan ssenariləri başlatsınlar.
Fəqət, hansısa çirkli planların hansısa qüvvələr üzərindən Azərbaycanda təkrarlanması imkanları yenə də minimuma enəcək. Çünki xalqa iyrənc, qorxunc planlarda alət olmaq yox, məhz Azərbaycanın düşmənə qarşı daha da güclü olması lazımdır ki, mövcud hakimiyyət, ilk növbədə bu siyasəti həyata keçirir. Gücünü xalqdan alan bir hakimiyyət düşmənə yanaşmada necə etməlidirsə, məhz belə də edir! Cəmiyyət isə azərbaycanlı qanı daşıyıb erməniləşən bir qrup insanın niyyətlərini anlayacaq qədər sayıqdır. Nə qədər çalışsalar da, iyrənc yollara baş vursalar da, Azərbaycan istənilən təzyiqlər qarşısında qorxusuz, özünə güvənən, özünə arxayın, inamlı, qürurlu dayanır və dayanacaq!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB