General-mayor Ramiz Zeynalov: "Bundan sonra cəza növləri daha da artırılacaq"
Hazırda Azərbaycanda 1 milyon 700 min nəqliyyat vasitəsi var. Onlardan 25 mini "KamAZ" və digər yük maşınlarıdır. Bu yük maşınlarından 2-3 mini tamamilə yararsızdır. SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib. Onun sözlərinə görə, yükdaşımanın məqsədyönlü olub-olmamasını araşdırmaq lazımdır: "Vaxtı keçən yük maşınları vasitəsilə uzaq məsafəyə yük daşınması düzgün deyil. Həmçinin belə maşınların yol sənədləri də düzgün şəkildə təqdim olunmur".
O, qeyd edib ki, qanunları pozanlara qarşı ciddi tədbirlər həyata keçiriləcək: "İstər hüquqi, istər fiziki, istərsə də vəzifəli şəxslər 30-1500 manat cərimə olunacaqlar. Bundan sonra cəza növləri daha da artırılacaq. Hətta maşınların saxlanılması üçün də bizim xüsusi qurğularımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB