Şuşa şəhəri haqqında hazırlanan “Dağıdılmış Mədəniyyət Beşiyi-Şuşa” sənədli filminin təqdimatı keçirilib
Bu gün Qarabağın Azərbaycan İcmasının və Şuşa rayon İcra Hakimiyyətinin binasında "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin 1992-ci ilin may ayının 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, qədim mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında hazırladığı "Dağıdılmış Mədəniyyət Beşiyi-Şuşa" sənədli filminin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Qarabağın Azərbaycan İcmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova, millət vəkilləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Filmin baş məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar Məmmədov, ssenari müəllifi Billur Cavabqızı, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru, millət vəkili Musa Qasımlıdır. Sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Tədbirdən öncə Şuşada, ümumiyyətlə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən redaktoru Kəmalə Paşayeva film haqqında ətraflı məlumat verib. O bildirib ki, sənədli filmi Azərbaycanla yanaşı, xaricdə yaşayan soydaşlarımız arasında da geniş nümayiş etdirilməsi nəzərdə tutulur: "Sənədli filmin ingilis dili variantı da hazırlanır və yaxın vaxtlarda dünyanın bəzi şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin müxtəlif dillərə çevrilməsi üzərində də iş gedir. May ayının 8-də "Dağıdılmış mədəniyyət beşiyi-Şuşa" sənədli filminin Türkiyənin paytaxtı Ankara şəhərində və Gürcüstanda təqdimatı olacaq".
Tədbirin davamında çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün hər bir azərbaycanlı üçün bütün dünya ölkələrinə erməınilərin vandalizm faktlarının, dini, tarixi abidələrin dağıdılması faktlarının çatdırılması vacibdir. Bu gün müharibənin başa çatmadığını deyən millət vəkili vurğulayıb ki, mübarizənin ən başlıca tərəflərindən biri informasiya mübadiləsidir: "Ona görə də bütün azərbaycanlılar da gördükləri işlər, təbliğatları ilə erməni yalanlarının qarşısını almalıdır. Bu gün təqdimatı keçirilən film də məhz bu məqsədlə hazırlanıb. Filmdə Azərbaycanın qədim mədəniyyət beşiyi Şuşanın Azərbaycan mədəniyyəti ilə yanaşı dünya mədəniyyətinə və musiqisinə verdiyi böyük töhfələri, 19-cu əsrin əvvələrindən başlayaraq ermənilərin rus imperiyası tərəfindən Şuşa da daxil olmaqla Dağlıq Qarabağa köçürülməsi siyasəti, Ermənistanın Azərbaycanın ayrılmaz parçası olan Şuşanı işğal altında saxlaması, Ermənistan silahlı qüvvələrinin Şuşada törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus mədəni-tarixi, dini abidələri və qəbiristanlıqları tamamilə dağıdaraq məhv etməsi və bununla da təkcə Azərbaycanın deyil, dünya tarixi və mədəniyyətinə böyük zərbə vurması faktlar, sənədlər, video görüntülərlə öz əksini tapır. Bundan əlavə, Ermənistanın bu tarixi şəhəri işğal edərək bütün şuşalıların fundamental insan haqlarını tapdalayaraq onları məcburi köçkün vəziyyətinə salması, həmçinin Ermənistan silahlı qüvvələrinin hətta dünya musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşudbanu Natavanın heykəllərini gülləbaran etmələri kimi insanlığa sığmayan hərəkətləri də filmdə öz əksini tapıb.
Filmdə heykəlləri və abidələri dağıdılmış böyük korifeylərin ailə üzvlərinin fikirləri öz əksini tapır. Eyni zamanda 20-ci əsrin əvvəllərində də ermənilərin Azərbaycanın bir sıra digər bölgələrində olduğu kimi Şuşada da soyqırımı törətməsinə dair tarixə qısa ekskursiya məlumat olaraq verilib".
Tədbirin davamında film nümayiş olunub və sonradan qonaqlar müxtəlif müzakirələr, fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB