"Hər bir peşəkar jurnalist üçün Fəxri ad olduqca qiymətlidir" SORĞU
Prezident İlham Əliyev Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Media nümayəndələri onların əməyini layiqincə qiymətləndirdiyinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. SİA onların təəssüratlarını sizə təqdim edir:

“Şərq” qəzetinin baş redaktoru hörmətli Akif Aşırlı: “Respublikanın "Əməkdar jurnalist"i fəxri ad almağım münasibəti ilə çoxsaylı təbriklər alıram. Çalışmışam həmişə dövlətimə, millətimə, dostlarıma bağlı olum, peşə dəyərlərini imkan daxilində qoruyub saxlayım. Fəaliyyətim özünü öymək kimi görsənməsin, cəmiyyətin, xalqın, həmkarlarımın gözü qarşısında olub. Əməyim bu gün dövlət başcısı, Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ünvanıma təbrik yazan, telefonla arayıb axtaran dostlara və xüsusən fəaliyyətimi dəyərləndirən cənab Prezidentə təşəkkürümü bildirirəm”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Bu gün mənim üçün ikiqat bayramdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə mənə "Əməkdar jurnalist" fəxri adı verilib. Fəaliyyətimə, əməyimə verdiyi yüksək dəyərə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm! Fəxri adlara, orden və medallara, Prezident təqaüdünə və diplomuna layiq görülən bütün həmkarlarımı təbrik edir, uğur diləyirəm! Tanrı Azərbaycanı qorusun!”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmlər doktoru Vüqar Zifəroğlu: “Mən ilk növbədə cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, hər bir jurnalist üçün “Əməkdar jurnalist” adından daha qiymətli bir ad ola bilməz. Çünki bu adı sənə Prezident verir, Dövlət verir. Bu ad peşə fəaliyyətinə verilən ən yüksək qiymətdir, dövlətinin sənin fəaliyyətinə verdiyi dəyərdir. Öz peşəsinə hörmətlə, diqqətlə yanaşan, öz peşəsinin qiymətini bilən hər bir peşəkar jurnalist üçün bu ad olduqca qiymətlidir. Bu mənada çox xoşbəxtəm və çox sevinirəm. Şərəfli, tarixi bir yol keçmiş milli jurnalistikamızın kiçik də olsa bir zərrəsi olmağımla qürur duyuram. Milli Mətbuatımızın 145 illiyi münasibəti ilə təltif alan bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara peşə fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Ünvanıma təbrik yazan, telefonla arayıb axtaran dostlarıma, həmkarlarıma, ən azı mənim qədər sevinən əziz tələbələrimə təşəkkürümü bildirirəm”.
Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı alan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov fikirlərini bu cür ifadə edib: “Zəhmətinin və bacarığının dəyərləndirilməsini görmək fərəhdir.Əgər bu dəyəri verən dövlətindirsə, onda həmin fərəhə xoşbəxtlik də qarışır.Bu dövlətə xidmət etmək gözəldir. Təşəkkür edirəm!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB