Suriyada prezident əleyhinə keçirilən nümayişlərdə 500-ə yaxın adam öldürülüb

Suriyada prezident əleyhinə keçirilən nümayişlərdə 500-ə yaxın adam öldürülüb
Suriyanın güc strukturları müxalifətin istinadgahı olan Dəra şəhərində yüzlərlə adamı həbs edib. Suriyada son 3 gündə şəhərdə kütləvi nümayiş keçirənlərdən minə yaxın adam saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərdə üsyan uğurla yatırılıb.
Qeyd edək ki, siyasi islahatlar və hökumətin istefasını tələb edən müxalifət nümayişçilərinin planlaşdırılmış şəkildə dağıdılması kampaniyasına ötən həftədən başlanılıb. Suriya polisi bir neçə gün ərzində bütün ölkədə müxalifət tərəfdarlarının evlərinə reyd keçirib. Suriyanın Daxili İşlər Nazirliyi üsyançılara müraciət edərək, mayın 15-dək silahı yerə qoymağı tələb edib.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 500-ə yaxın adam öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə