Olub keçənlər...
Bu gün dünyada baş verənlər bizim ölkəmizdən də yan keçməyib. Müstəqil dövlətimiz regionun ən güclü və söz sahibi olan bir dövlətinə çevrilib. Covid-19 virusunun bütün dünyada tüğyan etməsi baş verir. Çoxlu sayda insanlar bu xəstəlikdən əziyyət çəkir, hətta həyatlarını itirənlər də olub.
Xüsusi karantin dövründə mən daima operativ qərargahın qayda və tövsiyələrinə əməl etməyə çalışmişam. Ancaq səhətimdə dəyşiklik hiss edib Covid-19-a görə test müayinəsindən keçdim. Covid-19-a görə test cavabınin pozitiv olduğunu mənə bildirdilər. Təcili olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirildim. İlk gündən mənə göstərilən diqqət və qayğı nəticəsində cəmi 7 gün ərzində artıq məndə Covid-19-a görə test cavabı neqativ çıxdı.
Mən Azərbaycan Respublikasının Səhiyyəsinin bu dövrdə tam ayaq üstə olduğunu, Cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə neçə əməl etdiklərinin şahidi olmuşam. Ən çox həkim və digər tibb işçilərinin isti havada o bağlı şəraitdə əyinlərinə geyindikləri qoruyucu kombinezonlarda işləmək, virusa yoluxma riski ilə üzləşərək işləmək cox cətindir. Nəzərinizə catdırmaq istəyirəm ki, bəzi kütləvi informasiya vasitələri düzgü olmayan, şişirdilmiş məlumatlar yaymaqla düzgün mövqe tutmurlar. Qeyd edim ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında aparılan düzgün müalicə məni həyata qaytardı. Xəstəxananın baş həkimi professor Surxay Hadıyev, həkm Sədrəddin Atakişizadə və adlarını bimədiyim digər tibb işçiləri mənə qayğı göstərdilər.
Həkimlərimizin gündəlik nəzarəti və qayğısı məndə yaşamaq eşqini, həyata inamımı artırdı. Qeyd edim ki, mən Türkiyəyə Azərbaycandan artıq sağlam getmişəm. Lakin bir istək məni Türkiyədə əlavə müalicə almağa cəkirdi ki, o də mənim 2-ci dəfə İstanbulda tibb müəssisəsində ürək əməliyyatı keçirməyim olmuşdur. Elə bilirdim yenə ürəyimdə çatışmazlıq var. Lakin ürəyimi vaxtı ilə əməliyyat edən həkim ürəyimin tam qaydasında olduğunu, cətinliyin müvəqqəti olduğunu bildirdi. Mənə xəstəliyim dövründə sayı-hesabı bilinməyən - həm Milli Məclisdən, həm üzvü olduğum Yeni Azərbaycan Partiyası rəhbərliyi tərəfindən, Dövlət idarə və müəssisələrindən gələn zənglərə görə, Dövlətimizə, onun Prezidenti Cənab Ali Baş komandan İlham Əliyevə, 1-ci Vitse-Prezident Mehriban xanım Əlyevaya öz minnətdarlığımı bildirirəm. Bu ölkədə yaşamağa dəyər.
Bu gün baş verənlər...
Mən olub keçənlər barədə qısaca məlumat verdim. Lakin bu gün baş verənlərə biganə yanaşmaq ən azından həm dövlətimizə, həm xalqımıza və ayrı-ayrılıqda hər bir fərdin zərərinə apara bilər. Müqayisəni iki dövlət bir millət olan Türkiyə və Azərbaycan Respublikası ilə etməyə calışacam.
Pandemiya elan ediləndən bu günə kimi Cənab Prezident İlham Əliyev dəfələrlə karantin dövrünün qaydalarına əməl etmək üçün xalqa müraciət edib. Artıq yarım ildir ki, Azərbaycan polisi gecə və gündüz xalqın keşiyindədir. Bizim polislər pandemiya dövründə ən cox əziyyət çəkib, lakin hərdən yersiz, əsassız ittihamlara tuş gəlirlər. Bu gün Azərbaycan polisinin başında dayanan hörmətli Daxli İşlər Naziri general-polkovnik Vilayət Eyvazova onun rəhbərlik etdiyi Azərbaycan polisi Azərbaycan xalqına şərəflə xidmət edirlər. Lakin biz onları çox yoruruq. Çünki deyilən tövsiyələrə əməl etmirik. Azərbaycan polisi küçələrdə və qapalı məkanlarda insanlara maska taxmağı tövsiyə və tələb edirlər. Onlar bizim Dövlətimizin Dövlətçiliyimizin onurğa sütunudur. Eşq olsun Azərbaycan polisinə. Yuxarıda qeyd etdim ki, müqayisəni Türkiyə Dövləti ilə edəcəm cünki mən yaxın günlərdə Türkiyədən vətənə qayıtmışam. Orada bütün insanlar bir dəfəlik anlayırlar ki, maskadan istifadə etmək, sosial məsafə saxlamaq tövsiyə edirlirsə, demək, bu, belə də olmalıdır. Hamı dövlətin tövsiyələrinə əməl etdiyi üçün orda polisə demək olar heç güc düşmür. Gəlin biz də inanaq ki, insanlarımız bir daha olub keçənləri diqqətlə nəzərdən keçirib, gələcəyə inam, dövlətimizin gücünə inam eşqi ilə, torpaqlarımızın düşmən tapdağından qurtulması naminə dövlətimiz ilə birlikdə olacaqlar.
İstək və arzular...
Azərbaycan xalqının ən böyük arzusu və istəyi uzun illərdi torpaqlarımızın 20% faizi düşmən tapdağından azad etmək, Şuşada və işğal altında olan digər rayonlarında Azərbaycanın üç rəngli bayrağını dalğalandırmaqdır. Bizim çox güçlü ordumuz və güclü siyasətçi Ali Baş Komandanımız var.
Son zamanlar Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı təxribat törətməsi beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirməsi, Ermənistanın iflası sayılmalıdır. Azərbaycan xalqı bütovlüklə Ali Baş Komandanın yanındadır. Yaşından mövqeyindən asılı olmayaraq hamı vətən naminə, torpaq naminə ayaqdadır.
Mən özüm də Sovet Ordusunun Quru Qoşunlarının xüsusi kəşfiyyat kursunu keçmiş ehtiyatda olan zabitəm. Dağlıq Qarabağ və onun ətraf rayonlarında işim ilə bağlı uzun illər fəaliyyət göstərmişəm. Dağlıq Qarabağ və onun ətraf rayonlarında dövlət proqramına uyğun tikinti bərpa işlərini apardığımız üçün o ərazilərə yaxşı bələdəm.
Məşhur Gürcü “Əsgər atası” filminin qəhramanı olan Maxaraşvili Berlinə qədər gedib çıxır. Mən də bir kəşfiyyatçı kimi öz məsləhət və bildiklərimlə torpaqlarımızın işğaldan azad olunmasında ön cəbhəyə getməyə hazıram. Biz Birlikdə Güclüyük. Eşq olsun Azərbaycan xalqına, onun Ali Baş Komandanına, Azərbaycan Bayrağına, Azərbaycan Ordusuna!!!
Mirzəcan Xəlilov,
Milli Məclisin sabiq deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB