Dövlət Proqramının hazırlanması çərçivəsində keçirilən ictimai müzakirələr davam edir
"Azərbaycan gəncliyi 2011-2015 ci illərdə" Dövlət Proqramının hazırlanması çərçivəsində keçirilən ictimai müzakirələr davam edir. SİA-nın aldığı məlumata görə, bu gün "Holiday İnn" otelində baş tutan müzakirələr işçi qrupları çərçivəsində davam edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Orxan Ərəbov "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması çərçivəsində keçirilən ictimai müzakirələrin "Gənclərin vətənpərlik və vətəndaşlıq tərbiyəsi" üzrə işçi qrupunda müzakirələrdə iştirak edir.
O.Ərəbovun məlumatına görə hazırda müzakirələr davam edir. Müzakirələr zamanı müxtəlif təkliflər səsləndirilib. "Səsləndirilən təkliflər bu gün Azərbaycan gəncliyi üçün önəmli olan məsələlərdir. Düşünürəm ki. bu müzakirələrin keçirilməsi proqramın hazırlanmasına böyük töhfə verəcəkdir", - deyə baş katib bildirib.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015- ci illərdə" Dövlət Proqramının 2 ay ərzində hazırlanması tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB