Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqayadan reportaj hazırlanıb VİDEO
İctimai Televiziyanın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Qaraqaya yüksəkliyindən reportaj hazırlayıb. SİA xəbər verir ki, reportyor Heydər Mirzə Qaraqaya Ağdam kəndinin mərkəzində olduğunu və arxada yenilməz Azərbaycan əsgərinin yenilməz Qaraqaya yüksəkliyinin olduğunu bildirib.
"Azərbaycan əsgərinin postları oradadır. Toxunulmayıb, itirilməyib. Düşmən tərəfindən sosial şəbəkələrə dezinformasiya ötürülür və bu yalan məlumatlardan biri də həmin postun itirilməsidir.
Bir çoxlarımızı bu təşvişə salıb, suallar doğurub. Baxın, qara yalanın təkzibi arxamdadır. Qaraqaya ermənilərdə olsaydı, biz burda çəkiliş apara bilməzdik.
Eşq olsun yenilməz Azərbaycan əsgərinə. Bizim yolumuz haqq yoludur. Düşmən əziləcək, zəfər bizim olacaq", deyə reportyor qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB