"“5-ci kolon”un üzvləri məsuliyyətdən qaça bilməyəcəklər" ÖZƏL-RƏY
"Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında Cənab Prezident Milli Məclisin qarşısında bir qrup aksiya iştirakçısının iğtişaşlar törətməyə cəhd etdiklərini və bunun “5-ci kolon”un üzviləri olduğunu bildirdi. Qeyd etdi ki, onlara qarşı sərt tədbirlər görüləcək. Sizcə, “5-ci kolon”un arxasında radikal müxalifət partiyalarının dayandığını söyləmək olar?". Bunu Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli “Səs” qəzetinə açıqlamasında deyib.
O bildirib ki, 2020-ci ilin ilk 6 ayın yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev doğurdan da geniş nitq söylədi və eyni zamanda 12 iyun tarixində Ermənistanın Azərbaycana təcavüzünü kəskin pislədi və bununla bağlı olaraq Azərbaycan xalqının orduya, Ali Baş Komandana, dövlətə sədaqət yürüşünün keçirilməsinə çox yüksək qiymət verdi: “Doğurda da Azərbaycan xalqı qeyrət göstərərək öz dövlətinin yanında olmaqla Ali Baş Komandanın əmrinə müntəzim olmağı bəyan etmişdir. Bununla belə xalqın bu qədər böyük işini bir qrup təxribatçı heçə endirərək, Milli Məclisin binasına daxil olub dağıntılar törətmiş, polislərə hücum edərək maşınlarını dağıtmışdır. Prezident İlham Əliyev bu iğtişaşı törətməyə cəhd edənləri “5-ci kolon”un üzviləri olduğunu qeyd etmişdir. Həqiqətən də Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr vardır, bunlar əlbəttə ki, bir necə istiqamətdən Azərbaycana hücumlar keçirirlər, lakin öz işlərini koordinasiya etməyə çalışırlar. Bunlar kimlərdir? Birincisi, Azərbaycana düşmən münasibət bəsləyən Ermənistan və onun havadarı olan dövlətlər və beynəlxalq təşkilatlar. Onlar hər vəchlə Azərbaycandakı müəyyən qüvvələri maliyyələşdirirlər və istəyirlər ki, burda iğtişaşlar törətsinlər. Amma Prezident İlham Əliyev birbaşa qeyd etdi ki, 1990-cı illərin əvvəlinə Azərbaycanı qaytarmaq mümkün deyildir. İkincisi müəyyən muzdla, içində nifrət olan, Azərbaycan dövlətinin görmək istəməyən daxili qüvvələr var və bu qüvvələr hər an Azərbaycanı içərindən laxlatmaq istəyir və onu böyük dövlətlərin nökərinə çevirmək istəyir, hakimiyyətə gəlmək imkanları olmasa belə biz hakimiyyətdə deyilik qoy başqaları da idarə edə bilməsin, Azərbaycanda xaos yaransın fikri ilə yanaşırlar. Beləliklə əlbəttə ki, burda bəzi radikal müxalifət partiyalarının dövləti dəstək bəyanatı olsa da, biz əməldə gördük ki, onların bir çox nümayəndələri məhz bu təxribatlarda iştirak etmişlər, Prezident İlham Əliyev bildirmişdi ki, bunlarının hamısı müəyyən olunmalıdır, hamısı müəyyən olunaraq cəzalanmalıdır və bir nəfərdə kənarda qalmamalıdır”. T.Kərimli bildirdi ki, bu iğtişaşları törədənlər və onların arxasında durnalar istintaq tərəfindən üzə çıxarılmalıdır: “Çünki artıq cinayət işi başlanılıb və ciddi cəza verilməlidir. Azərbaycan dövlətini heç kəs sarsıda bilməz, dövlətimiz özü Azərbaycanda sabitlik və inkişaf daxilində, eyni zamanda Ermənistanın təcavüzünə qarşı layiqli cavab verə bilir, bunun üçün onun intizamlı ordusu, iradəsi var. Ona görə də, kimsə Azərbaycanda bulanlıq suda balıq tuta bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB