"Təxribatlara uymağı bu millətin övladı özünə yaraşdırmamalıdır" - MÖVQE ÖZƏL

"Təxribatlara uymağı bu millətin övladı özünə yaraşdırmamalıdır" - MÖVQE ÖZƏL

"Son günlərdə cəbhə xəttində baş verən erməni təxribatı nəticəsində şəhid olmuş general, zabit və əsgərlərimizin mərdliyi, ordumuzun şücaəti bizləri qürürlandırır. Ermənistanın torpaqlarımıza qarşı törətdiyi təxribatın cavabını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu gecikmədən vermiş oldu. Ordumuz dünyanı heyrətə gətirən qüdrətini göstərməklə düşmənin layiqli cavabını verməklə beynəlxalq arenada Azərbaycanın siyasi və hərbi əzəməti göstərmiş oldu. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri olaraq gənclərimiz adından və şəxsən öz adımdan möhtərəm Prezidentimizə minnətdarlığımı çatdırmaq istəyirəm". Bunu SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova deyib.

Onun sözlərinə görə, bir vətəndaş olaraq hər zaman cənab Prezidentimizin uzaqgörənliklə verdiyi qərarlarını dəstəkləyirik: "Onun dəqiqliyi, mükəmməlliyi ilə dünyaya örnək siyasətinin yanındayıq. Böyük bir ordu olan Yeni Azərbaycan Partiyasının gəncləri olaraq hər an döyüşə hazır vəziyətdə Partiya sədrimiz, Ali Baş Komandanımızın əmrini gözləyirik. Biz gənclər Liderimizin iradəsinə, Onun əzminə inanırıq. Necə ki, İlham Əliyev Azərbaycan gəncliyinin dayağıdır, eləcə də, biz gənclər hər zaman Rəhbərimizin yanındayıq və verdiyi bütün qərarları dəstəkləyirik!".

O, qeyd edib ki, gənclərimiz çirkin niyyətli insanların maraqlarına xidmət etməməli, ordumuzun, xalqımızın başını uca edən Şəhidlərimizin-İgidlərimizin ruhunu şad edəcək qələbələrə əsas verən birliyimizi qorumalıdır: "Generalını, zabitini, əsgərini şəhid verən dövlətin, ən əsası isə ananın, valideynin içi sızlarkən, gözü yaşlıykən etikadan, tərbiyədən, milli maraqlardan kənar hərəkətlərdən uzaq durmalıdır. Dövlətin Parlament binasında dağıntılar törətməklə, hər birimizin asayişini qoruyan polisə zərbə vurmaqla cinayətə xas əməllərlə torpağı yaş Şəhid ruhunu, səngərdə düşmənə dərs keçən əsgər əzmini incitmək yalnız və yalnız Azərbaycanımıza qara yaxmaq istəyən, uğurlarına kölgə salmaq istəyən, xarici maraqlara xidmət edənlərin alətinə çevrilməkdir. Belə təxribatları bu millətin övladı, bu dövlətin vətəndaşı özünə yaraşdırmamalıdır!".

N.Yunusova bildirib ki, pandemiyadan can qurtarmaq məqamına çatmağa həvəslənirkən, heç bir izolyasiya qaydasına əməl etməməklə statistikanı tar-mar edəcəklərini və nəticədə doğmalarını, özlərini virusa yoluxduracaqlarını düşünməyənləri ölkəsini, dövlətini, millətini sevən gənclər olaraq qınayırıq: "Düşməni sevindirmək, əndazədan çıxmaq dövlətimizin yürütdüyü siyasətə, milli adət-ənənəmizə, torpağı işğaldan azad etməyə köklənən məqsədə ziddir, əksdir. Sərhəddəki düşmənlə mübarizəyə qoşulmaq adıyla, içimizdəki düşmənə xidmət göstərmək damarınızda axan azərbaycanlı qanına yaraşmır. Hərkəsi bir olmağa, birlik olmağa səsləyir, həyatını torpaqlarımızın işğaldan azad olunması və sərhədlərimizin qorunması uğruna fəda edən şəhidlərimizin, əsgərlərimizin, dövlətimizi, xalqımızı dünya dövlətləri içində ən ali zirvədə qoruyub saxlayan, gecəsini, gündüzünü xalqın rifahı naminə həsr edən Lider İlham Əliyevin siyasətini dəstəkləməyə çağırıram!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə