Atlantik okeanında gəmidə qəza baş verib

Atlantik okeanında gəmidə qəza baş verib

Atlantik okeanının cənub hissəsində qəza baş verib. SİA-nın xarici mətbuata istinadən veridiyi xəbərə görə, Tayvana məxsus balıqçı gəmisində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb, 4 nəfər isə itkin düşmüş hesab olunur. Həmin şəxslərin axtarışları aparılır.

 

Gəmidə olan balıqçıların Tayvan, İndoneziya, Vyetnam, Filippin və Çin vətəndaşının olduğu bildirilir. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə