“Ermənilərin təxribat törətməkdə məqsədi diqqəti daxili problemlərdən yayındırmaqdır” ÖZƏL-MÜNASİBƏT

"Ermənistan çox ciddi problem məngənəsindədir və bu ölkədə koronavirus nəzarətdən çıxıb, taxıl qıtlığı da yaranıb, ölkə daxilində ziddiyyətlər hökm sürür, müxalifət çox ciddi hücuma keçib Nikol Paşinyanın üstünə və belə vəziyyətdə Paşinyanın komandasının bu hərbi təxribatı törətməkdə məqsədi ölkənin daxilində yeni, fərqli bir düşüncə ortalığa qoymaqdır ki, əhalinin fikri ona yönəldilsin, problemlərdən yayındırılsın". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktorunun sözlərinə görə, o da çox mümkündür ki, David Tonoyan Ermənistanda ən çox müzakirə olunan məsələlərdən birinə çevrillib və müzakirələrə görə Nikol Paşinyan bu müdafiə nazirindən qorxur və onu vəzifədən uzaqlaşdırmağa çalışır və məhz bu səbəbdən də David Tonoyan vəzifədən uzaqlaşdırılacağı ərəfəsində olduğunu anlayır və yəqin bu addımı atmaqla özünün hələ yararlı olduğunu nümayiş etdirməyə çalışır.

“Məsələ burasındadır ki, qoşunların təmas xətti deyil, dövlət sərhəddinin seçilməsi artıq burada Paşinyanın özünün də, belə demək mümkünsə, marağının olduğunu göstərir. Çünki, bilirik ki, Paşinyan hal-hazırda Rusiya ilə münasibətlərində çox ciddi narazılıqlar yaradıb. O, indi Rusiyanı şantaja çəkir ki, Ermənistan Amerikaya tərəf gedəcək və buna sübut kimi, yəni, Rusiya Ermənistanı müdafiə etmir, Rusiyanın Ermənistanı müdafiə etməməsinin günahkarı da məhz Rusiyanın özüdür deyə sübut etməkdən ötrü dövlət sərhəddində təxribatı törətdi. Bunu da gördük ki, nə Rusiyadan, nə KTMT-dən təxminən 12 saat raket, artilleriya zərbələri oldusa da bir dənə də olsun reaksiya olmadı. Mariya Zaxarovanın da verdiyi reaksiya ən belə deyək ki, ümumi haldadır və sülhə, tənzimlənməyə çağıran reaksiyadır, KTMT üzvü olan Ermənistanı müdafiə edən reaksiya deyil. Bu mənada mən elə başa düşürəm bunların, Paşinyanın da Tonoyanın da çox məqsədləri var və ondan ötrü belə təxribatı törətdilər.

Yeganə variant Azərbaycan ordusunun dayanmaması, əlində olan bütün imkanlardan istifadə edərək Ermənistana məhz elə dövlət sərhəddi istiqamətində ağrıdıcı, itgili zərbə vurmasıdır”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...