2010-cu ildə 102 jurnalist öldürülüb

2010-cu ildə 102 jurnalist öldürülüb

Beynəlxalq Mətbuat İnstitutu (IPI) 2010-cu ildə dünyada 102 jurnalistin öldürüldüyünü açıqlayıb. SİA-nın məlumatına görə, təşkilat tərəfindən yayımlanan illik hesabatda Asiya qitəsinin media nümayəndələri üçün ən təhlükəli bölgə olduğu qeyd edilib. Burada 2010-cu il ərzində 40 jurnalist öldürülüb.

 

Asiyanı 32 jurnalistin öldürüldüyü Latın Amerikası izləyir. Keçən il Afrikada 23, Avropada isə 7 jurnalist öldürülüb.

 

Ölkələr sırasında isə 16 jurnalistin öldürüldüyü Pakistan birinci sıradadır. Daha sonrakı yerləri 12 jurnalistin öldürüldüyü Meksika və 10 jurnalistin öldürüldüyü Honduras tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə