ABŞ-da baş verən tornado nəticəsində minimum 350 nəfər həlak olub

ABŞ-da baş verən tornado nəticəsində minimum 350 nəfər həlak olub
Aprelin sonunda ABŞ-ın cənubunda baş verən tornado ölkənin tarixində ən böyük hadisə olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Meteoroloji Xidmətindən məlumat verilib. Aprelin 25-28 arası ABŞ-da 362 tornado baş verib ki, onlardan 312-si sutka ərzində olub.
Qeyd edək ki, növbəti rekord 1974-ci ildə qeydə alınıb ki, həmin zaman 2 sutka ərzində 148 tornado baş verib.
Missisipi, Alabama, Tennesi, Luiziana, Kentukki və digər ştatlarda baş verən tornado nəticəsində minimum 350 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə