Əli Kərimli – zəmanəmizin Ostap Benderi SARKAZM

“Milli Şura”nın koordinasiya mərkəzində toplaşan yığnağın günü-gündən daha böyük səhvlər və sözün əsl mənasında qələtlər etməsi sanki bir ənənəyə çevrilib. Oradakı anti-milli ünsürlərin gah neftin qiymətinin aşağı düşməsi ilə bağlı özlərini və erməni aşnalarını təbrik etmələri, gah iqtidara yiyələnmək sevdalarını həyata keçirmək üçün şantaj, şər, böhtan atdıqlarını boyunlarına almaları, Azərbaycan xalqını həqarət etmələri, cinsi azlıqlara qahmar çıxmaları məhz bu reallığı özündə kifayət qədər əks etdirməkdədir. Təəssüf ki, “Milli Şura” adlandırılan anti-milli qurumun ucuz politşousuna daha biri də əlavə olundu – özünü koordinasiya şurasının başbilənləri sırasına aid edən, ya da zorla sırıyan Rahim Hacıyevin Qənimət Zahidlə dil-dilə verib AXCP sədri Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” (?!-R.R.) adlandırmaları artıq həmin həddin həqiqətən aşıldığını bariz şəkildə sərgiləmiş oldu.

Məhəmməd Əmin Rəsulzadə millət üçün, müstəqillik üçün mübarizə aparıb, bəs Əli Kərimli..?

Əslində M.Ə.Rəsulzadənin Azərbaycanın tarixində hansı rola malik olmasını, onun Şərqdə ilk Demokratik Respublika yaratması istiqamətində siyasi və tarixi həmfikirləri ilə ölümlərə bərabər necə çətin aşırımları dəf etməsi barədə uzun-uzadı danışmağa ehtiyac da yoxdur. Bunu hətta tarixi bilgisi olmayan şəxs də bilir və M.Ə.Rəsulzadə faktorunun milli-dövlətçilik tariximizə hansı töhfələri verdiyini dərk edir. M.Ə.Rəsulzadə millət üçün, müstəqillik üçün mübarizə aparıb, bəs Əli Kərimli..?

Daha doğrusu, anti-milli şuranın başbilənləri hansı haqla, hansı cürətlə milli xəyanətkarı, şeytanla əməkdaşlığa hazır olanı, erməni sayt və qəzetlərinin manşetlərindən düşməyən birini M.Ə.Rəsulzadənin adı ilə eyni tuturlar?!

Əli Kərimlinin hazırkı dövrə qədər hansı siyasi dələduzluqlarını sadalayarsaq, orada Ostap Benderiz izlərini görmək və AXCP sədrini zəmanəmizin “velikiy maxinatoru” adlandırmaq olar

Burada bir balaca kiçik haşiyə çıxaraq bir xatırlatmanı etmək istərdim. Rus yazıçıları İlya İlf və Yevgeni Petrov tərəfindən yazılmış məşhur “12 stul” romanındakı “velikiy maxinator” (dələduz) Ostap Bender obrazını yəqin ki, çoxları bilir. Bu gün Ə.Kərimliyə zəmanəmizin Ostap Benderi adını versəydilər, qətiyyən bu məsələ ilə bağlı mübahisə etməzdim, əksinə, onun xas tərənnümçüsü kimi qiymətləndirərdim. Məsələn, Ə.Kərimlinin hazırkı dövrə qədər hansı siyasi dələduzluqlarını sadalayarsaq, orada Ostap Benderiz izlərini görmək və AXCP sədrini zəmanəmizin “velikiy maxinatoru” adlandırmaq olar. Bu gün AXCP-dən istefa verənlərdən soruşmaq kifayət edər ki, Əli Kərimli əsllində kimdir və hansı “məzhəbə” xidmət edir!

Ədəbsizlik və əbəslik...

Ə.Kərimli rəhmətlik Əbülfəz Elçibəyin sədrlik kreslosunu mənimsəməkdən ötrü daha hansı maxinasiyalardan istifadə etmədi ki..? O da əbəs deyil ki, vaxtilə AXCP-nin şinelindən çıxmış və bu gün fərqli yerlərdə olan köhnə cəbhəçilərin əksəriyyəti dəfələrlə öz müsahibə və açıqlamalarında Ə.Elçibəyi məhz Ə.Kərimlinin çərlədib-öldürdüyünü iddia kimi irəli sürürlər. Biz hələ zəhərlənmə, sui-qəsd məsələlərini danışmırıq...

Ə.Kərimlinin erməni lobbisinin təsiri altında olan bir sıra xarici qurumlardan aldığı qanunsuz qrantları da hansı bank maxinasiyaları vasitəsi ilə əldə etməsini xatırlatmağa ehtiyac yoxdur. Mətbuatda bu barədə kifayət qədər danışılıb, deyilib, yazılıb. Həmçinin, siyasi arenada bir sıra qurum və birliklərin parçalanmasında, gizli xarici dairələrlə iş birliyində adı hallanan Ə.Kərimlinin birbaşa zəmanəmizin Ostap Benderi adına layiq görülməsinə ikiəlli səs verərdim!

Lakin “Milli Şura”nın növbəti “zoom” toplantısında həmin məsələnin qabardılaraq Azərbaycan xalqından üzr istənilməsini də gözləməyə dəyməz. Dəyməz ona görə ki, onlara nə Azərbaycan, nə dövlət, nə millət, nə də xalq lazım deyil. Onlara hakimiyyətə yiyələnmək üçün saxtakarlıqlar, xəyanətlər, satqınçılıqlar, şər-böhtanlar, bir də tarixi adlara həyasızcasına iddialar lazımdır. Amma əbəs və çox əbəs. Ona görə əbəs ki, onların adi varlıqları belə ədəbsizlik və əbəslikdir...

Rövşən RƏSULOV

P.S. Bunlara imkan versən, nəuzibillah, Allahlıq iddiasında da bulunarlar. Zamanında Hz. Əli əleyhissəlam ona “Allah” deəynlərə çox ağır cəzalar veirb, kafir adlandırırmış...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...