Miqran Akopyan: “Bu rejim hər gün ziyan gətirir” İTTİHAM

“Nikol Paşinyanı onun agent bandası ilə birgə tarixin dərinliklərinə göndərmək lazımdır”. SİA xəbər verir ki, bunu erməni ictimai-siyasi xadimi Miqran Akopyan tert.am saytına açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Ermənistanda anti-Rusiya siyasətinin yürüdülməsi yaxın gələcəkdə ölkənin və xalqın birdəfəlik məhvinə səbəb olacaq.

Eyni zamanda, Türkiyə faktorundan təlaş keçirdiyini gizlətməyən erməni siyasətçi Rusiya amilini də xatırladaraq bildirib ki, əgər Rusiyanın hərbi bazası Ermənistanı tərk edərsə, bu zaman ölkə tamamilə siyasi xəritədən silinəcək.

Akopyan hesab edir ki, Paşinyanın və agentura komandasının göndərilməsindən əvvəl isə onun rejimi demontaj olunmalıdır.

“Bu rejim hər gün ziyan gətirir, hər gün fiziki təhlükəsizlik baxımından təhlükə yaradır”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...