Azərbaycanın növbəti diplomatik zəfəri - MƏQALƏ

130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi məhz dövlət başçımızın diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır

Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

Bir əsas məqama da toxunmaq istərdim ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlərini, istərsə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, dünya səviyyəli şirkətlərin ölkəmizdə olmasını dünya mediası da "prezidentdən nümunəvi addım" kimi dəyərləndirir. Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə səfər edərək, vətəndaşlarla sıx təmasdadır. Çünki dövlət başçımız atdığı hə bir addımı dövlətin, xalqın rifahına yönəlmiş proqmatik addımlırdır. Məhz bu günü dünyanı ağuşuna alan koronavirs epidemiyasına qarşı mübarizədə də Azərbaycan insan itkisinin azlığına görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırıb. Çünki dövlətimizin başçısının apardığı düşünülmüş siyasətinin mərkəzində vətəndaşların sağlamlığı dayanır.

Prezidentimiz sadəcə vəd vermir, gördüyü konkret işlərlə ölkə əhalisinin mənafeyinin onun üçün hər şeydən üstün olduğunu sübut edir. Çıxışlarında da bildirir ki, ən çətin dövrdə də vətəndaşlarımız dövlət qağısından faydalanacaqlar: "Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir".

Məhz dövlət başçısı tərəfindən atılan addımları əhali rəğbətlə qarşılayır. Bu gün Azərbaycan vətəndaşı pandemiyanın yaratdığı sosial problemlərin həllində aciz qalmayıb. Çünki onun qeydinə qalan, onu düşünən, ona dayaq olan, xalqını sevən Prezidenti var!

Koronavirusla mübarizə sahəsində ilk beynəlxalq təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin, sülh və rifahın gücləndirilməsidir. Ölkəmizin səyləri ilə reallaşdırılan qlobal enerji layihələri, yaradılan regional əməkdaşlıq formatları, koronavirus pandemiyasına qədər Bakının mühüm konfrans və görüşlərə ev sahibliyi etməsi, cənab Prezidentin COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində ilk beynəlxalq təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb. Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan "COVID-19-a qarşı birlikdəyik" mövzusunda zirvə görüşü keçirildi. Və onun ardınca növbəti təşəbbüs - BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Qürurverici haldır ki, Azərbaycan Prezident İlham Əliyevin digər təşəbbüsləri kimi bu ideyası da dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndi. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstək verdi. Bu, tarixi bir təşəbbüs, tarixi bir hadisədir. Çünki COVID-19 yalnız bir və ya bir neçə dövlətdə yayılmayıb, bütün dünyanı bürüyüb, bütövlükdə dünya ölkələrini bir-birindən təcrid edib, 4 aya yaxındı büddətdir ki, beynəlxalq əməkdaşlığa böyük maneələr yaranıb. Bütün bunlar onu göstərir ki, COVID-19-la mübarizə də qlobal xarakter daşımalı, bütün ölkələr səylərini, imkanlarını birləşdirməlidirlər. Sərhədləri bağlamaqla heç nəyə nail olmaq mümkün deyil. İndi birlik dövrüdür.

130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizə, dövlət başçımıza olan etimadın göstəricisidir

Bu gün Azərbaycan xalqı, o cümlədən bütün ağsulular dövlət başçımızın bu çətin zamanda əldə etdiyi uğurlardan qururlanır. Çünki Azərbaycan Prezidenti xalqınnı ən çətin günündə belə yanında olur. Və növbəti diplomatik uğurlu nailiyyət isə Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Çünki belə bir çağırışı ancaq tarixi liderlik missiyasını Prezident İlham Əliyev üzərinə götürə bilərdi və bu addımı da atdı. Cavab da bəllidir: dünyanın 130-dan çox dövləti İlham Əliyevin təşəbbüsünü dəstəklədi.

Lakin bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha ihğalçılıq və təcavüzkar ölkə olduğunu göstərdi və rüsvay etdi.

Azərbaycan Prezidenti: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

"Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur". Bu fikiri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı müsahibəsində onu da vurğulayıb bizim sözümüz imzamız qədər təsilidir: "Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik.

O ki qaldı, Ermənistana, əslində, onlar özlərini çox gülünc vəziyyətə qoydular. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu haqda məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı. Yəni, onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə - Ermənistan bunun əleyhinə çıxıb. Ermənistanın BMT-dəki səfiri çox qəribə bir məktub ünvanlamışdır ki, onlar bunun əleyhinədirlər".

Prezident İlham Əliyev əlavə edib ki, birincisi, Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar: "İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır".

Göründüyü kimi, dövlət başçımızın təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bunun özü də bir ilkdir, hər zaman ilklərə imza atan bir ölkə kimi, bu dəfə də ilkə imza atılıb. Bu tartixi hadisə olmaqla yanaşı, həm də Azərbaycanın güvənli dövlət və etibarlı tərəfdaş olmasına əyani sübutdur, ölkəmizə növbəti etimadın göstəricisidir. İnanırıq ki, BMT Baş Assambleyasının da xüsusi sessiyası baş tutacaq və ölkəmiz özünün siyasi-diplomatik uğurlarına növbətisini əlavə edəcək.

ƏLİ HÜSEYNOV,

YAP Ağsu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə