Avropa məkanında hüquq sistemlərinin təkmilləşdirilməsi və inkişafında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhkəməyə ildə 60 mindən çox şikayət daxil olur, insan haqlarının müdafiəsində mühüm presedentlər yaradılır, milli qanunvericiliklərin təkmilləşməsinə töhfələr verilir.
Avropa Məhkəməsinə şikayətlərin sayı son illər kəskin artsa da onların 90 faizi Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin iş yükünün əsassız artımı ilə nəticələnir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycandan bu məhkəməyə daxil olan şikayətlərin orta Avropadan olan şikayətlərlə müqayisədə 2 dəfə az olmasına baxmayaraq, onların da böyük əksəriyyəti rədd edilir.
Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması məqsədi ilə Avropa Şurasının təşkilatçılığı ilə ötən həftə Türkiyənin İzmir şəhərində Avropa Məhkəməsinin gələcəyinə dair yüksək səviyyəli konfrans keçirilib.
Avropa Şurasının üzv və müşahidəçi dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin, digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi konfransın açılışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ədliyyə naziri Əhməd Kahraman, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞPA-nın sədri Mövlud Çavuşoğlu, Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, İnsan Hüquqları üzrə Avropa Komissarı Tomas Hammerberq çıxış etmiş, Avropa Məhkəməsinin səmərəsinin artırılması, mövcud problemlər və onların həlli ilə bağlı müzakirələr keçirilib.
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər irəli sürmüş, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının müdafiəsi istiqamətində həyata keçirilən mütərəqqi islahatlardan danışıb.
Nazir, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, bununla da Avropa Konvensiyası ilə qorunan insan haqlarının kobud şəkildə pozulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Belə mötəbər tribunadan Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin böyük narahatlığına səbəb olub. İngilis dilində olan çıxışın, həm də rus dilində mətnləri tədbir iştirakçıları arasında yayılıb.
Konfransın sonunda Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müvafiq fəaliyyət planını nəzərdə tutan Bəyannamə qəbul olunub.
Tədbir çərçivəsində həmçinin Avropa Şurasının baş katibi, İnsan hüquqları üzrə komissarı, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilib, insan hüquqlarının təşviqi və əməkdaşlığa dair faydalı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB