Gəncədə məktəblilər yanğından mühafizəyə dair maarifləndirilir

Gəncədə məktəblilər yanğından mühafizəyə dair maarifləndirilir

Gəncə şəhərində məktəblilər baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq üçün maarifləndirilir. Gəncə Regional Yanğından Mühafizə İdarəsindən SİA-nın qərb bürosuna verilən məlumata görə, tədbirlərin keçirilməsində əsas məqsəd su hovuzlarından istifadə qaydalarını və yanğın baş verəcəyi halda şagirdlərin xilas edilməsi imkanlarını araşdırmaqdır.

 

Maarifləndirmə tədbirlərində qazdan, tüstüdən müdafiə manqası yaradılaraq şərti təlim keçirilib, təhsil ocaqlarına daxil olaraq zərərçəkən uşaqlara yardım göstərilib.

 

Qeyd edək ki, ilk maarifləndirmə tədbiri 24 saylı orta məktəbdə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə