Daşqın nəticəsində qəzalı vəziyyətə düşən təhsil ocaqları üçün yeni binalar tikilir- FOTO

Daşqın nəticəsində qəzalı vəziyyətə düşən təhsil ocaqları üçün yeni binalar tikilir- FOTO

Sabirabad rayonunda ötən il Kür və Araz çaylarında baş verən daşqın nəticəsində qəzalı vəziyyətə düşən təhsil ocaqları yenidən tikilir. Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, hazırda sel sularından ziyan çəkmiş 4 kənd orta məktəbində təmir tikinti işləri yekunlaşmaq üzrədir.

Bunlardan biri Qasımbəyli kəndində yerləşən 464 yerlik məktəbdir ki, FHN tərəfindən yenidən əsaslı təmir olunub. Muradbəyli kəndində məktəb artıq təmir edilərək istifadəyə verilib. Yuxarı Axtaçılı kəndində təməli qoyulan məktəbin tikintisi davam edir. Əsgərbəyli kənd orta məktəbində də əsaslı təmir işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə