İran prezidenti Mahmud Əhmədinejad yaxın gələcəkdə Türkiyəyə səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Sahibi deyib. O, qeyd edib ki, səfər Türkiyə hökumətinin mayın 9-13-də İstanbulda keçiriləcək BMT-nin 4-cü beynəlxalq konfransında iştirak etmək məqsədilə baş tutacaq.
Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejat 8 günlük fasilədən sonra vəzifəsini icra etməyə başlayıb. İranın dövlət başçısı 1 may tarixində hökümətin iclasında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB