Avropanın turizm sektoru çökür, Cənubi Amerika və ABŞ-da isə... OORXUNC RƏQƏMLƏR

Avropa ölkələrinin turizm sektoru COVID-19-un cəngində sxılmaqda davam edir. SİA xəbər verir ki, euronew-in yazdığına görə, qoca qitənin turizm sahəsi ehtiyatla da olsa, qapılarını avropalıların bir qisminə açsa da, hər hansı müsbət cəhətlər nəzərə dəyməməkdədir. Belə ki, Aİ onun tərkibinə daxil olmayan ölkə vətəndaşlarına tətillərini keçirmək üçün müəyyən imkanlar yaratsa da, itkilərdən qaçmaq olmur. Misal üçün Yunanıstanda ənənəvi turizm sahələri demək olar ki, iflas həddinə çatıb. İqtisadçılar bildirirlər ki, dünya miqyasında qlobal pandemiyaya görə mümkün itkilərin hesablanması qorxuncdur – 90 trilyon dollar!

Kiçik biznes səviyyəsində isə rəqəmlər fərqlidir. Misal üçün, İtaliyanın Berqamo şəhərində restoran işlədən Marçello deyir ki, onlar müştərilərinin 90 faizini itiriblər. “Adətən biz gün ərzində 150 qonağı qarşılayırdıq, amma indi onların sayı 15-dən 30-a qədərdir”, italiyalı iaşə obyektinin sahibi bildirib.

Sürixdə də vəziyyət ürək açan deyil. Xüsusilə gecə klubunda bir neçə yüz insanın yoluxması halından sonra İsveç hökuməti bütün mümkün təhlükələrin baş verməsi ətrafında yenidən “baş sındırmağa” başlayıb.

Federal hakimiyyət artıq bəyan edib ki, xarici sərhədlərin açılmasından sonra, buraya digər ölkələrdən gələn insan axınının riskini azaltmaqdan ötrü, istirahətdən əvvəl 10 günlük karantin tələb olunacaq.

Bu arada, ÜST qeyd edir ki, cümə axşamı gününün səhər saatlarına olan məlumata görə, dünya üzrə koronavirusa yoluxanların sayı təqribən 164 minə qədər artıb və 10 milyon 350 mini təşkil edib. Ölənlərin sayı da qorxuncdur, demək olar ki, yarım milyondan artıq!

Braziliya isə çoxsaylı yoluxmalara görə siyahıda ikinci yerə sahibdir. Bu ölkədə 1,5 milyondan çox yoluxanlar var və artıq 60 min insan həyatını itirib.

Cənubi Amerikanın digər ölkəsi – Argentinada da vəziyyət gərgindir. Belə ki, bu ölkədə əsas yoluxma qığılcımları paytaxt Buenos-Ayresdə qeydə alınıb.

ABŞ-da isə bu dəfə növbəti yeni antirekord müəyyən olunub: son 24 saatda orada demək olar ki, 53 min yeni yoluxma qeydə alınıb, ümumi ölüm halı isə 125 min nəfərdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə