"Məsuliyyətsiz vətəndaşlarımıza qarşı tədbirlər görməliyik" ÖZƏL-MÜNASİBƏT
"Bu gün hər bir ölkədə koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilir. Azərbaycan dövlət tərəfindən də uğurla aparılan və çox yüksək səviyyədə həyata keçirilən mübarizə tədbirləri müəyyənləşdirilib. Baş verənlər göstərir ki, Azərbaycan dövləti koronavirusa qarşı yalnız milli ruhda deyil, qlobal və regional miqyasda da mübarizə aparır". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Millət vəkilinin sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyev hələ ilin əvvəlində, fevralın 28-də koronavirusla bağlı ilkyoluxma müəyyən edilən zaman dərhal çevik addımlar atdı: "Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, zəngin sosial paketin təqdim edilməsi, 600 min nəfərə iki ay ərzində 190 manatın verilməsi, ünvanlı sosial yardım alan ailələrin sayının 10 min nəfər artırılması, ödənişli iş yelərinin sayının 90 minə çatdırılması və s. bu kimi tədbirlər, sahibkarlara dövlət dəstəyinin göstərilməsi, özəl sektorda çalışan 700 minə yaxın insanın dövlət tərəfindən dəstəklənməsi həyata keçirildi. Bütün bu tədbirlər istər sahibkarların, istərsə də sosial baxımdan aztəminatlı ailələrin dəstəklənməsi baxımından olduqca faydalı oldu. İnsanlar dövlətin dəstəyini öz üzərində bilavasitə hiss etdi. Dövlətimiz ən çətin məqamda belə hər bir vətəndaşına sahib çıxmaq iqtidarında olduğunu əməli surətdə sübut etdi. Azərbaycan 29 ölkəyə müxtəlifyardımlar göstərib ki, bura tibbi ləvazimatlar, ərzaq yardımları və s. daxildir. Ölkəmiz ÜST-ə iki dəfə 5 milyon dollar məbləğində maliyyə yardımı göstərib. Bu, Azərbaycanın koronavirusa qarşı dünya miqyasında mübarizə apardığını, bu mübarizəyə böyük töhfələr verdiyini göstərir.
Ölkə başçısı tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından sonra həmin Fonda müxtəlif ianələrin edilməsi bir daha göstərdi ki, Azərbaycan xalqının mütləq əksəriyyəti dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir. Amma təəssüflər olsun ki, müəyyən bir kütlə var ki, onlar öz həyatlarını təhlükə altına atan həkimlərimizin bu günə kimi həyata keçirdikləri, çəkdikləri min-bir əziyyətin üzərindən xətt çəkiblər. Həmçinin onlar bu günə kimi həm daxili işlər orqanlarının, həm də KİV-in, ümumilikdə bu sahədə çalışan dövlət orqanlarının işlərini heçə endiriblər. Azərbaycan Prezidenti hər zaman bu məsələni diqqət altında saxlayıb. Bu mənada hesab edirəm ki, qoyulan tələblərə əməl etməyənlərə qarşı çox ciddi tədbirlər görülməlidir. Biz təcili olaraq qanunlarımıza dəyişiklik etməliyik. Burada söhbət milli təhlükəsizliyimizdən, insanların sağlamlığından, ölkə iqtisadiyyatının tənəzzülə uğramasının qarşısının alınmasından və s. gedir. Bu cür məsuliyyətsiz vətəndaşlarımıza qarşı çox ciddi və amansız tədbirlər həyata keçirməliyik. Hesab edirəm ki, Milli Məclisin növbəti iclasında təcili olaraq cərimələrə yenidən dəyişiklik etməliyik ki, dövlətimizi, xalqımızı, müstəqilliyimizi məhz bu yolla qorumağa çalışaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB