Ermənilərin növbəti təxribatı

Ermənilərin növbəti təxribatı

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən verilən məlumata əsasən, 29 aprel- 3 may 2011 ci il tarixində Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi keçirilməkdədir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və 2 may 2011-ci il tarixində Ermənistanın prezidenti sözügedən sərgini ziyarət edəcəkdir. 29 aprel 2011- ci il tarixində sərginin açılışı zamanı məlum olub ki, Ermənistana aid olan stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müvafiq materiallar nümayiş etdirilir. Bununla əlaqədar olaraq, Səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilmiş, narahatçılığımız və etirazımız ifadə edilib.

Bununla yanaşı, Səfir M.Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilmiş, ölkəmizin narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılmış, həmin materiallarda həqiqətə uyğun olmayan məqamlar əyani olaraq nümayiş etdirilmiş və onların sərgidən çıxarılması tələb edilib.

Eyni zamanda, Səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanmış, bu etirazın mahiyyəti izah edilmiş və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə