"Dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsiz qalmayacaq" ÖZƏL-MÜNASİBƏT

"Dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsiz qalmayacaq" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı söylədiyi nitq əlbəttə ki, Azərbaycanda koronovirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü işlər və başlıca hədəf olaraq Azərbaycan vətəndaşının sağlamlığının əsas götürülməsi və bu istiqamətdə dövlətin bütün gücünün, eyni zamanda bütün potensialının səfərbər olunması ilə bağlı məqamlar idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.

"Fikirləşirəm ki, çox doğru olaraq ölkə başçımız bir daha bu məsələyə toxundu ki, Azərbaycanda görülən işlər, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlər yalnız ona ünvanlanıb ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər çəkməsin və minimum insan itkisi ilə çıxa bilsin. Əlbəttə ki, bütün qabaqlayıcı tədbirlərin də əsasında o dayanır ki, bizim vətəndaşlar itki görməsinlər. Dövlət başçımız dəfələrlə bu fikirləri bəyan edib. Görünən odur ki, artıq pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Münasibət isə ondan ibarətdir ki, bütün iqtisadi və digər itkilərə baxmayaraq əsas ölkə vətəndaşlarımızın sağlamlığı qorunsun və təmin olunsun. Əlbəttə ki, bu istiqamətdə də ardıcıl və sistemli şəkildə işlər görülür. Əminəm ki, bütün tədbirlər nəticəsiz qalmayacaq və Azərbaycan dünyanın qarşılaşdığı bu böyük bəladan minimum itkilərlə çıxa biləcək”,-deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə