Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək

Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək
Milli Məclisin növbəti iclası mayın 6-da keçiriləcək. Bu barədə SİA-ya parlamentdən məlumat verilib. Belə ki, gündəliyə Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi, neft sazişləri, eləcə də Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin təsdiqlənməsi məsələsi salınıb.
İclasda həmçinin "İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) haqqında"Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə