Erməni hərbçilərinin parad fiaskosu

Erməni hərbçilərinin parad fiaskosu

Məlum olduğu kimi, bu gün Rusiyanın paytaxtı Moskvada sovet xalqının Böyük Vətən Müharibəsində faşizm üzərində əldə edilmiş qələbənin 75-ci ildönümü yubileyi ilə bağlı hərbi parad keçirilib. Hərbi paradda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib. SİA-nın məlumatına görə, Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu yerli Aztex avtomat silahları ilə hərbi sıra ilə keçid ediblər.

Lakin hərbi paradda diqqəti çəkən maraqlı məqam Azərbaycan hərbçilərinin ardınca Ermənistanın hərbi qulluqçularının getməsi olub. Belə ki, üçrəngli bayrağımız öndə aparılarkən, işğalçı ölkənin hərbi qulluqçuları bu reallıq qarşısında aciz qalaraq, Azərbaycan Ordusundan geridə addımlamaq məcburiyyətində qalıblar. Həmin anın fotosunu təqdim edirik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə