Əli Kərimlini məhkəmənin sərt qərarı islah edə bilər RƏY-ÖZƏL

Əli Kərimlini məhkəmənin sərt qərarı islah edə bilər RƏY-ÖZƏL

Müxalifət düşərgəsində təmsil olunan, ancaq konstruktiv mövqeləri ilə seçilən bir neçə partiya sədri milli və dövlətçilik maraqlarına qarşı şər və böhtanlar səsləndirən Sevinc Osmanqızı ilə Əli Kərimliyə qarşı cinayət işinin qaldırılması çağırışları ilə çıxış edirlər. Sual yaranır, bu çağırışların reallığa çevrilməsi nə dərəcədə mümkündür və sizcə, məhkəmə olarsa bundan digər müxalif partiya sədrləri də nəticə çıxara bilərlərmi? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında deyib.

Bildirib ki, konstruktiv siyasi partiyaların bu çağırışını alqışlamaq gərəkdir: “Bu fakt onu deməyə əsas verir ki, ölkəmizdə artıq real müxaliflik anlayışı formalaşmaqdadır. Bu da bizi sevindirir. Təkcə Sevinc Osmanqızı və Əli Kərimli deyil, onlar kimi antidövlət fəaliyyət göstərən digərləri də məhkəməyə cəlb olunmalı və qanun qarşısında cavab verməlidirlər. Həm də bellərinə qarşı qanunun ən sərt üzü göstərilməlidir. Sizin də dediyiniz kimi, bu, ilk növbədə digər müxalif düşərgə nümayəndələrinin lazımi nəticə çıxarmaları, onların öz fəaliyyətlərini sivil, qanunauyğun qurmalarını təmin edə bilər, həm də, ümumiyyətlə ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin sivil formaya gətiriməsində mühüm rol oynaya bilər”.

“Hər vəclə Əli Kərimli sosial şəbəkələr vasitəsi ilə Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışır və xüsusilə, koronavirus dövründə təxribatlar törətməyə cəhd edir. Təxribatçının məhkəməyə cəlb edilməsi ədalətli bir qərar olmazmı” sualına cavab olaraq, T.Novruzov bildirdi ki, əslində bu addım çoxdan atılmalı idi: “İllərdir ki, Əli Kərimli öz fəaliyyəti ilə həm qanunları pozur, həm də dünyada ölkəmizin imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxır. Koronovirus dövründə isə bu fəaliyyətinə moratorium qoymaq əvəzinə bir az da gücləndirib. Baxın, Əlinin və onun kimilərin sosial şəbəkələrdə yaydıqları video-görüntülərdə Azərbaycanın bu bəşəri bəlaya qarşı gördüyü qətiyyətli tədbirləri bütün dünya nümunə göstərdiyi halda, bunlar az qala xalqı inandırmağa çalışırlar ki, bu bəlanı Azərbaycana indiki iqtidar gətirib. Gülməli deyilmi? Və yaxud, bəzi çıxışlarında məsələyə elə münasibət bildirirlər ki, adamın onların ağlına şübhəsi yaranır. Məsələn, onların dediklərindən, pafosla xalqa üz tutub bağırmalarından belə çıxır ki, iqtidar hər kəsi bir-bir tutub ağzına maska bağlamalıdır, yaxud hər kəsin yanın kəsdirib iki-üç saatdan bir əllərini yumalı, dizenfeksiya etməlidir. Vallah ya bunlar dəlidi, ya da bu milləti axmaq yerinə qoymaq istəyirlər. Amma ölkə vətəndaşları 90-cı illərin əvvəllərindəki kimi qaragüruh deyil, kimin kim olduğunu da bilir, ağızdan çıxan belə məntiqsiz fikirlərin də fərqindədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə