Əxlaqsız cəbhə trolları

Yaxud “Milli Şura”-nın ləyaqətsiz ünsürləri

Sözümə başlamazdan əvvəl jurnalist Eynulla Fətullayevin özünü «ana müxalifət» adlandıranların quyruqbulayanlarının pandemiya rejiminə tabe olmayaraq polisin üzərinə zibil atmaları ilə bağlı dediyi fikirləri xatırlatmaq istərdim. «Ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya “Yasamal uşağı” sadə həqiqəti dərk etmək istəmir. Polisin üstünə zibil atmaq, aşağılamaq yolverilməzdir. Belə vətəndaşlara qarşı ən sərt cəza verilməlidir, ən sərt münasibət sərgilənməlidir. Bütün dünya pandemiya rejiminə tabe olur, amma dünyanın gözündə bizi rəzil duruma salan bəzi mədəniyyətsiz, ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya Yasamal uşağı sadə həqiqəti dərk etmək istəmir! Ölmək istəyirsən, öl! Cəhənnəmə öl! Amma mənim və yaxınlarımın həyatına təhlükə yaradırsan, ay zalım!!! Yoluxacaqsan və camaatı yoluxduracaqsan! Məncə, polis çox yumşaq davranıb! Belə şərəfsiz insanları döyə-döyə həbs etmək lazım idi. Kim sənə haqq verib ki, qanunun tələbini icra edən polisin üstünə zibil atasan???

Bu məsələdə həddən ziyadə sərt və barışmaz olmaq lazımdır!”

Bəli, belə əxlaqsız və ləyaqətlərini itirmişlər ən ciddi cəzaya məhkumdurlar.

Və belə həssas günlərdə həkimlərlə yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayişin qorunması üçün şərəflə öz vəzifə borclarını yerinə yetirən polislərimizə qarşı qərəzli, əxlaqsız hərəkətlər etmək radikal müxalifətin Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli…. kimi əxlaqsız tryapkalar öz əsl simalarını nümayiş etdirməsidir. Bu fikir ictimaiyyət tərəfindən dəfələrlə vurğulanıb, bu aksiomadır – təfəkkürü şikəst olanlar, ancaq iyrənc və saxta əməllər sahibi olur. Və müşahidələr də göstərir ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər seçki kampaniyaları dövründə, istər ölkəmizdə keçirilən yüksək tədbirlər ərəfəsi, istərsə də dünya dövlətlərinin «soyuq müharibə» ilə – koronavirusla mübarizə apardığı zaman sivil mübarizə bacarıqsızlığı, siyasi naqislik və zəiflik bu düşərgə mənsublarının əsl mahiyyətini açıb ortaya qoyur. Hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər radikal müxalifətin əxlaq probleminin olduğunu tam sübuta yetirir.

Şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgə indi də öz leksikonunu küçə söyüşləri ilə zənginləşdirib. Adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni silahdaşlar tapıb. Əslində, bu əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadığını göstərən yaxın keçmişdə kifayət qədər sübütlar var. Bunun üçün cəmiyyətə özünü «ana» müxalifət kimi sırımağa çalışan Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları hələ də unudulmayıb. Bu satqınların təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Adını "siyasi mübarizə" qoyub qarşılarındakı insanları küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə də bunu rəva görürlər.

Araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum antiazərbaycançı şəbəkədən alırlar və fəaliyyətlərini də buna uyğün koordinasiya edirlər. Əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbliğat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.

Ən iyrənc yola rəhbərlik edən Əli Kərimli "ayaqyolu müxalifəti"nə də rəhbərlik etməyi ilə «qürur» duyur. Bu təəccüb də doğurmur. Çünki Əli Kərimli birbaşa nəzarətində olan cəbhə trolları da ən təhqiramiz ifadələrlə insanların heysiyyatına toxunurlar. Onlar üçün müqəddəs

dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası var: «bizi dəstəkləməyənlər düşmənlərimizdir». Ancaq bir əxlaqsızlıq, mənəviyyatsızlıq baş verdikdə isə bunu sosial şəbəkə vasitəsilə tirajlayırlar. O zaman…

“Vicdan susanda”….

Bu yerdə bir faktı xatırlamaq istərdim. Belə ki, "Milli Şura"nın sədirciyi Cəmil Həsənli deputat olduğu zaman, yəni 2010-cu ildə Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxış edərək nə demişdi? “Bu gün 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Bununla belə, büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir». Əslində, C.Həsənlinin hədyanlarına cavab verməmək də olardı. Ancaq bəzən insan ləyaqətini gözləyib susanda, “vicdan da susur”! Vicdan susanda isə faciələrin ardı-arası kəsilmir. Xüsusilə, mövzu Vətən, dövlət və Qarabağdırsa, səbir kasası daşa bitər!

Budur, Əli Kərimlinin ətrafında olan C.Həsənli və onun kimi şikəst təfəkkürlülərin saxta əməlləri...daha doğrusu, tryapkaların əxlaqsızlığı. Budur onların əsl simaları!

Siyavuş Novruzov: "Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və tarixin arxivinə, zibilliyinə yollayıb"

Bu yerdə YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov onların əsl siması ilə bağlı dediyi fikirlər: «Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur.

Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa cəhd edən antimilli ünsürlər, sadəcə olaraq, erməni mənşəli şəxslər və erməni çörəyi yeyənlərdir! Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və tarixin arxivinə, zibilliyinə yollayıb”.

Beləliklə, göründüy kimi, erməni çörəyi yeyən bu viruslar bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronavirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinməyən bədbəxt və rəzillərdir. Və onlar hər hansı iddia, “bəyanat” səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə