BAXCP sədri Əli Kərimli ilə Sevinc Osmanqızının məsuliyyətə cəlb olunmasını istəyib ANALİTİK
Qüdrət Həsənquliyev: “O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir”
Özlərini “Azərbaycan müxalifətinin aparıcı şəxsləri” kimi zorla ictimai rəyə sırımağa cəhd edən qaragüruh qrupların əllərinə düşən hər imkandan yararlanmaq istəyi ilə ictimai-siyasi vəziyyəti gərginləşdirmək maraqları dəfələrlə uğursuzluqla nəticələnib və düşündürücüsü də budur ki, aldıqları ağır və sarsıdıcı məğlubiyyət zərbələrinə baxmayaraq, belələri hələ də qonşu ölkələrdə, eləcə də dünyada baş verən hər hansı hadisələrin dərhal ölkəmizdə də yaşanacağı ətrafında var-gəllər edir, sosial şəbəkələrdə çaşqınlıqlar yaratmağa çalışırlar. Halbuki, özlərini xalqdan təcrid edərək, yalnız bundan sui-istifadə şəklində - “xalqçı” kimi görünməyə səy göstərənlər nəticə etibarı ilə xalqın da onları rədd etdiyinin şahidləri olurlar. Dünya ölkələrində pandemiya ilə mübarizədə tətbiq edilən sərt tədbirlərə görə baş verən etiraz dalğalarının Azərbaycanda da baş verməsini arzulayan anti-milli şəbəkələr onu da unudurlar ki, onların arzuları boş xülyalardan başqa bir şey deyil.
“Kimsə düşünürsə ki, xalq buna görə üsyan edər, deməli, həmin adam ciddi siyasətlə məşğul olmur və nağıllar dünyasında yaşayır”
Bu gün iqtidarla yanaşı, müxalifət partiyaları da pandemiya ilə mübarizə məsələsində ümummilli maraqlar kontekstindən çıxış edərək, belə bir çətin vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərir, dialoqlara gedirlər. Destruktivliyi brmənalı rədd edərək, yalnız konstruktivlik üzərində cəmləşən siyasi partiyaların da məqsədi xalqın sağlamlığının qorunması, bu məsələdə dövlətin apardığı siyasi xəttə dəstək göstərməkdərir.
Bu əsnada Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin də mətbuata verdiyi müsahibəsindəki bəzi fikirləri sözügedən məsələni ehtiva etməkdədir. BAXCP sədrinin sözlərinə görə, qaragüruhçuların uzun illərdən bəri yaşadıqları siyasi uğursuzluğu insanları ekstremizmə yuvarladır və bu tip insanlar irrasional bəyanatlarla çıxış edir, öz arzu və xəyallarını gerçəklik kimi təqdim etməyə çalışırlar.
“Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən müəyyən sosial və psixoloji gərginlik yaşanır”, deyə qeyd edən millət vəkilinə görə, kimsə düşünürsə ki, xalq buna görə üsyan edər, deməli, həmin adam ciddi siyasətlə məşğul olmur və nağıllar dünyasında yaşayır: “Mən həmin insanları real dünyaya qayıtmağa çağırıram. Bunun üçün onlar ölkəyə qayıtmalı, cinayət törədənlər əfv olunmalarını Prezidentdən xahiş etməli, əməkdaşlıq yolu ilə ölkəmiz qarşısında duran problemləri çözməyə çalışmalıyıq”.
“Bəyanatla çıxış etdim ki, karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materilları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə Qanun qəbul edək”
Qüdrət Həsənquliyev radikal müxalifətçiilərin – AXCP sədri Əli Kərimlinin və onun sosial şəbəkələr üzrə mətbuat katibinə çevrilmiş Sevinc Osmanqızının pandemiyanın ilk dövrlərində insanları çaşqınlığa salmaq cəhdlərini, hətta bunun ağır fəsadlara yol açdığını da bildirib. Onun sözlərinə görə, məhz həmin cəhdlər COVID-19-a inanmayanların sayını artırdı ki, bu da arzuolunmaz nəticələrə gətirib-çıxardı: “Hökumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir. Görəsən, indi hansı hissləri keçirirlər. İnsanlarımızın bir qismi də bu tipli açıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı. Hələ o zaman mən bəyanatla çıxış etdim ki, ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materilları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə Qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona görə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı”.
“Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq”, deyən müxalifətçi deputat onu da bildirib ki, belə bir çərin dövrdə hər kəs dövlətin siyasətinə və atdığı addımlarına dəstək olmalı, belə bir çətin vəziyyətdən qalib çıxmaq üçün həmrəyliyini göstərməlidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB