“Ümummilli Liderin gördüyü işlər Azərbaycanın qurtuluş oldu” ÖZƏL-MÜNASİBƏT

“Ümummilli Liderin gördüyü işlər Azərbaycanın qurtuluş oldu” ÖZƏL-MÜNASİBƏT

Biz bilirik ki, o dönəmdə Azərbaycanda bir xaos yaşanırdı, hamı hardasa özünə bir dövlət yaratmaq istəyirdi, bir sözlə Azərbaycanı parçalamaq istəyirdi və o dövrdə Ulu Öndərin atdığı addımlar və gördüyü işlər bütün bunların hamısının necə deyərlər, arzularını ürəklərində qoydu. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilat sədri vurğulayıb ki, Ümummilli Liderin vaxtında müdaxiləsi, vaxtında gördüyü işlər Azərbaycanın bölünməməsi üçün, Azərbaycan üçün bir qurtuluş oldu.
“Mən hər zaman deyirəm ki, Heydər Əliyev kimi liderlər min ildən bir doğulur. O, əsl lider idi. Heydər Əliyev liderlik xüsusiyyətlərini özünü birləşdirən, cəmləşdirən bir şəxsiyyət idi və liderliyindən, bacarıqlarından da istifadə edərək Azərbaycanı həmin arzuolunmaz vəziyyətdən qurtardı. Ulu Öndər düzgün qərarları ilə, qırğın olmadan, heç bir qan tökülmədən bu vəziyyətdən çıxış yolu tapdı”, deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə