"Ordumuzun hansı gücə, igidliklərə qadir olduğunu hər kəs gözəl bilir" ÖZƏL-MÜNASİBƏT

"Hər bir Azərbaycan vətəndaşı yaxşı başa düşür ki, Qarabaĝ məsələsi belə davam etməyəcəkdir. Bir gün qəhrəman Azərbaycan əsgəri murdar düşmənin təpəsinə şığıyacaq, onu əzəcək, məhv edəcək. Hər an Ali Baş Komandandan əmr gözləyən ordumuzun hansı gücə, igidliklərə qadir olduğunu hər kəs gözəl bilir. Bunu bizdən də yaxşı düşmən tərəf 2016-cı il aprel döyüşlərində, 2018-ci il Naxçıvan əməliyyatında öz üzərində gördü. O, kiçik savaşlarda əsgərimizin düşmənə vurduğu böyük yaralar hələ də sağalmamışdır. İllərdir ki, erməni liderləri, generalları röyalarında bizim savaşçılarımızı görür, diksinib qışqırırlar...". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, son illərdə sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirən, sərsəm bəyanatları ilə hisslərimizlə oynayan erməni liderləri, gerçəkdən, bizə başqa yol qoymurlar: "İyunun 3-də Prezident Ilham Əliyev Qarabağa - cəbhə bölgəsi Tərtər və Ağcabədiyə səfəri zamanı bu məsələyə növbəti dəfə münasibətini açıqladı. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, münaqişənin həllinin yeganə yolu - ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Yəni, hansısa güzəştlərdən danışmaq qeyri-mümkündür. Vətən torpağının bir qarışı, kiçik bir daşı mübahisə predmeti ola bilməz. Cənab Prezidentin bəyanatında diqqəti cəlb edən tezislərdən birinə xüsusi diqqət yetirməyi vacib sayıram: "Biz güc toplamalıyıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin".

Lakin bu o demək deyil ki, biz əlimizi-qolumuzu yanımıza salıb,oturub vəziyyətin xeyrimizə dəyişməsinə ümid etməliyik. Burada məşhur bir misal yada düşür: "Dəniz qırağında oturub onun sakitləşməsini gözləmək", bəlkə, heç təlatüm səngiməyəcək, fırtına sovuşmayacaq. Deməli, hər cür tufana sinə gərə biləcək gəmi inşa etməliyik!

Prezidentin çıxışının fəlsəfəsi də budur. "Biz güc toplamalıyıq "ifadəsi təkcə güclü təlim görmüş, daha müasir silahlarla təhciz olunmuş orduya işarə deyil. Söhbət dövlətimizi bütün istiqamətlərdə güclü və yenilməz etməkdən gedir. Düşünürəm ki, bunu geniş şərh etməyə lüzum yoxdur. Son illərdə ölkədə aparılan genişmiqyaslı islahatlarlrın, dəyişikliklərinin hədəfi də budur.

İnanıram ki, islahatlar diplomatiyamıza, dünya birliyi ilə əlaqələrimizə, beynəlxalq təşkilatlardakı fəaliyyətimizə də yeni keyfiyyət dəyişiklikləri gətirəcəkdir. Yalnız hücumçu diplomatiya ilə biz erməniləri, onların havadarlarını bütün müstəvilərdə, platformalarda küncə sıxışdıra, dünyanın siyasi ab-havasını xeyrimizə dəyişdirməyə nail ola bilərik...Bu yolda hamılıqla dövlətimizin,prezidentimizin yanındayıq ! Bu yol müqəddəs yoldur - bizi qələbəyə aparan yoldur!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə