Siyavuş Novruzov: "Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”

"Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özünüi demokrat adlandırır: "O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaq. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli qaçıb, iki il Kələkidə gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb, özlərini demokrat adlandırır. Bu məsələni bugünkü gənclərin diqqətinə çatdırmaq lazımdır. Bu insanlar tarixi saxtalaşdırmaqla məşğuldurlar. Heydər Əliyevin o zamankı fəaliyyətini yanlış istiqamətdə təqdim etməyə çalışırlar. Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə