COVID-19: Son 24 saat ərzindəki baş verənlər STATİSTİKA

Dünya üzrə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6 milyon 300 min nəfər olub. SİA xəbər verir ki, dünya üzrə COVID-19-dan həyatını itirənlərin sayı 374 min 300-ə çatıb, 2 milyon 862 min 533 min nəfər isə virusdan sağalaraq evə buraxılıb.

Dünya üzrə aktiv COVID-19 daşıyıcılarının sayı isə 3 milyon 54 min 383 nəfərə çatıb. Onlardan 3 milyon 925 nəfərin vəziyyəti sabit, stabil hesab edilir, 53 min 458 min nəfərin vəziyyəti isə ağır və ya kritik hesab edilir.

Son 24 saat ərzində dünya üzrə 32 min nəfər virusa yoluxub, son saatlar ərzində 650 nəfərdən çox insan isə COVID-19-dan həyatını itirib.

Ən ağır vəziyyət ABŞ-dadır

Ən çox yoluxma və ölüm halları isə ABŞ-da olub. Ölkədə, ümumilikdə,1 milyon 837 min 578 nəfər COVID-19-a yoluxub, 106 min insan isə həyatını itirib. Son 24 saat ərzində ABŞ-da 408 nəfərdən çox virusa yoluxub, 3 nəfər isə həyatını itirib.

Yoluxma sayına görə ABŞ-ı Braziliya izləyir. Ölkədə 514 min 900 nəfər burada virusa yoluxub, 29 min 344 nəfər isə həyatını itirib. Daha sonra isə siyahıda dinamikasına görə Rusiya gəlir. Ölkədə 414 min 878 nəfər COVID-19-a yoluxub, 4 min 800 nəfərdən çox insan isə həyatını itirib.

Belə ki, dinamikasına görə sayına görə 20 mindən çox adamın COVID-19-a yoluxduğu ölkələr bunlardır:

İspaniya - 286 min 509 nəfər, İngiltərə - 274 min 762 nəfər, İtaliya - 232 min 997 nəfər, Hindistan - 190 min 962 nəfər, Fransa - 188 min 882 nəfər, Almaniya - 183 min 494 nəfər, Peru - 164 min 476 nəfər, Türkiyə - 163 min 942 nəfər, İran - 151 min 466 nəfər, Çili - 99 min 688 nəfər, Kanada - 90 min 947 nəfər, Meksika - 90 min 664 nəfər, Səudiyyə Ərəbistan - 85 min 261 nəfər, Çin - 83 min 17 nəfər, Pakistan - 72 min 460 nəfər, Belçika - 58 min 381 nəfər, Qətər - 56 min 910 nəfər, Banqladeş - 47 min 153 nəfər, Hollandiya - 46 min 442 nəfər, Belarus - 42 min 556 nəfər, Ekvador - 39 min 98 nəfər, İsveç - 37 min 542 -nəfər, Sinqapur - 35 min 292 nəfər, Birləşmiş Ərəb Əmirlikləri - 34 min 557 nəfər, Cənubi Afrika - 32 min 683 nəfər, Portuqaliya - 32 min 500 nəfər, İsveçrə - 30 min 862 nəfər, Kolumbiya - 29 min 383 nəfər, Küveyt - 27 min 43 nəfər, İndoneziya - 26 min 473 nəfər, İrlandiya - 24 min 990 nəfər, Misir - 24 min 985 nəfər, Ukrayna - 24 min 12 nəfər və Polşa - 23 min 987 nəfər qeydə alınıb.

ABŞ-dan sonra ən çox həyat itkisi ilə üz-üzə qalan ölkələr aşağıdakılardır:

İngiltərə - 38 min 489 nəfər, İtaliya - 33 min 415 nəfər, Braziliya - 29 min 341 nəfər, Fransa - 28 min 802 nəfər, İspaniya - 27 min 127 nəfər, Meksika - 9 min 930 nəfər, Belçika - 9 min 467 nəfər, Almaniya - 8 min 605 nəfər, İran - 7 min 797 nəfər, Kanada - 7 min 295 nəfər, Hollandiya - 5 min 956 nəfər, Hindistan - 5 min 411 nəfər, Rusiya - 4 min 878 nəfər, Çin - 4 min 634 nəfər, Türkiyə - 4 min 540 nəfər, Peru - 4 min 506 nəfər, İsveç - 4 min 395 nəfər, Ekvador - 3 min 358 nəfər, İsveçrə - 1920 nəfər, İrlandiya - 1652 nəfər, İndoneziya - 1613 nəfər, Pakistan - 1543 nəfər, Portuqaliya - 1410 nəfər, Polşa - 1065 nəfər, Çili - 1054 nəfər, Misir - 959 nəfər, Kolumbiya - 939 nəfər, Ukrayna - 718 nəfər, Cənubi Afrika - 683 nəfər, Banqladeş - 650 nəfər, Səudiyyə Ərəbistanı - 503 nəfər, Birləşmiş Ərəb Əmirlikləri - 264 nəfər, Belarus - 235 nəfər, Küveyt - 212 nəfər, Qətər - 38 nəfər və Sinqapur - 23 kimi qeydə alınıb.

Son saatlar ərzində 10-dan çox ölüm halı qeydə alınan ölkələr:

Rusiya - 162 nəfər, Meksika - 151 nəfər, İran - 81 nəfər, Pakistan - 60 nəfər, İndoneziya - 28 nəfər, Banqladeş - 22 nəfər, Belçika - 19 nəfər, Honduras (Mərkəzi Amerikada yerləşən dövlət) - 11 nəfər, Belçika - 10 nəfər.

Qeyd edək ki, Azərbaycanda ölkə üzrə bu günə qədər 5494 nəfər COVID-19-a yoluxub, 3428 nəfər virusa qalib gəlib. Aktiv koronavirus xəstələrinin sayı, ölkəmizdə 2003-dür. Ümumi 63 ölüm faktı qeydə alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə