Adil Əliyev: "Uşaqları vətənpərvər tərbiyə etməliyik"

“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür, bu münasibətlə bütün uşaqları səmimi qəlbdən təbrik edir,onlara uzun və mənalı ömür arzu edirəm”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Adil Əliyev 1 İyun - Uşaqların Beynəlxalq Müdafisəi Günü ilə bağlı facebook sosial şəbəkəsində yazıb.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyev daim uşaqlara diqqət və qayğısını əsirgəməyib və Onun kəlamları bu gün də səslənməkdədir. Bu baxımdan, Azərbaycanın daha uğurlu gələcəyi üçün hər kəs çalışmalı, uşaqların milli ruhda böyüməsinə, tərbiyə almasına töhfəsini verməlidir: “Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Uşaqlar bizim gələcəyimizdir" və ölkəmizin gələcəyinin daha yaxşı olması üçün hamımız əlimizdən gələni etməli, onları vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə etməliyik”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə