"Müdafiə nazirinin ünvanına səsləndirilən fikirlər əsassızdır"

“Burada hansısa deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fəzail Ağamalı deyib.

O, deputat Vahid Əhmədovun Müdafiə naziri Zakir Həsənovun ünvanına səsləndirdiyi fikrilərin əsassız olduğunu bildirib: “Vahid Əhmədova bildirmək istəyirəm ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Köhnə Müdafiə naziri ilə sizin yaxşı əlaqələriniz və işbirliyiniz olub, bunu bilirəm. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisas hissini içində saxlasınlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...