"Operativ Qərargah Naxçıvana uçuşların bərpası məsələsinə baxmalıdır"

“Naxçıvan Muxtar Respublikasına çıxış yoxdur, Azərbaycanla birbaşa quru yol yoxdur. Ancaq Türkiyə ilə gediş-gəliş və iş məsələsi var. Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb: “Naxçıvana ABŞ -la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə